Mədəniyyət
Flora Kərimova: "Axirət yoxdur, cənnət yalandır..." (MÜSAHİBƏ)
“Şəfiqə Məmmədovanın köməyinə ehtiyacım yoxdur...” - Rasim Balayevdən sərt sözlər
Xalq artisti Rasim Balayev bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaydığı açıqlamaya münasibət bildirib. Məşhur aktyor bildirib ki, Şəfiqə Məmmədovanın və rəhbərlik etdiyi qurumun köməyinə ehtiyacı yoxdur:
Abbas Bağırov yenidən evlənir
Bu gün Əməkdar artist Abbas Bağırovun toyudur. Müğənninin toyu Gəncədə baş tutacaq. Toya A.Bağırovun bir çox sənət dostu da dəvət olunub. Bağırov özəl gününü mediadan gizlətməyə çalışır. Müğənni noyabrın 27-də Bakıda da toy edəcək.
Fikrət Verdiyevin yaradıcılıq gecəsi - Muğam Mərkəzində
Beynəlxalq Muğam Mərkəzində tarzən, Xalq artisti Fikrət Verdiyevin 70 illik yubileyinə və 55 illik səhnə fəaliyyətinə həsr olunmuş gecə kecirilib. Olaylar.az bildirir ki, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində gerçəkləşib. Tədbirin aparıcısı Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev Fikrət Verdiyevin həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd edib ki, tanınmış tarzənin Azərbaycanın musiqi mədəniyyətində xüsusi yeri var.
"Mən bunun müalicəsi üçün haralara kimi getməmişəm" - Rəhim Rəhimli AÇIQLADI
Rəhim Rəhimlinin uzun zamandır efirlərdən kənar düşməsinin səbəbi məlum olub. "ATV maqazin onlarla" verilişinə açıqlama verən müğənni səhhətində problemlər yaşadığını bildirib: "Səhhətimdə bir az problem var. Qan təzyiqindən əziyyət çəkirəm. Təzyiqim çox yüksəkdir. Mən bunun müalicəsi üçün haralara kimi getməmişəm. Bu irsidir. Mənim rəhmətlik atamda da qan təzyiqi var idi. Məclislərə gedəndə, səhnə alanda yanımda artıq kimsə olur. Çünki hər an başım gicəllənə bilər".
Qazaxıstan Milli İncəsənət Akademiyasının tələbələri Bakıda
Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən akademiyanın müxtəlif ixtisasları üzrə təhsil alan magistr tələbələri növbəti dəfə ADMİU-da elmi təcrübə keçiblər. Olaylar.az bildirir ki, teatr sənəti fakültəsində İzekenova Ulşat, Kinjembetova Tanşolpan, Kabdıl Erkebulan, Rəssamlıq fakültəsində Maxambetova Altın, Musiqi sənəti fakültəsində Darjanova Şolpan dissertasiya mövzusunda araşdırmalar aparıblar.
Daşkənddə ali təhsil ocağında Azərbaycan-Özbəkistan Dostluq Mərkəzi yaradılacaq
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənddəki Əlişir Nəvai adına özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracədddinovla görüşüb. Görüşdə iki dövlət arasında ədəbi-mədəni əlaqələr, hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər və digər layihələr müzakirə edilib.
Kinematoqrafçılar İttifaqından açıqlama: “Rasim Balayevə kömək etməyə hazırıq “
“Bu günlərdə xalq artisti Rasim Balayev “Yeni Müsavat” qəzetinin müxbirinin “Respublika Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan olduğumu” sualına “Yox... istəmirəm də” deyə cavab verib. Qeyd edək ki, Rasim Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü deyil. O, rəhbəri Rüstəm İbrahimbəyov olan ittifaqın üzvü, eyni zamanda katibidir və hazırda da o vəzifəni daşıyır”.
Səidə Sultan müğənniləri bir-birinə QATDI: “Qıdıqlamadı da...” – VİDEO
“ATV maqazin onlarla” proqramının “Hit parad” rubrikasının növbəti qonağı müğənni Səidə Sultan olub.
Həyatını səhnədə “əridən” aşiq aktrisa - “Aşiq olmağımın səbəbkarı Şəfiqə Məmmədovadı”...
İlk baxışda tanımadım, çox dəyişib. Təəccübümü gizlədə bilmədim: “Siz o xanımsınız, yoxsa...”? Gülümsünərək cavab verdi ki, həmin adamdı, sadəcə xəstəlikdən dolayi mədəsində əməliyyat olunub. Ona görə də arıqlayib, çəkisi azalıb.Amma belə rahatdı, sağlamdı, özünü çox yüngül və gümrah hiss edir.
"Röya həmin gün desəydi ki, mən 100 minə gedirəm, onlar onu..."
Bu gün Xəzər telekanalında "Hər şey daxil" verilişində müğənnilərin toy qiymətlərindən danışılıb. Verilişdə ekspert qismində iştirak edən prodüser Tolik mövzuyla bağlı maraqlı bir açılqlama ilə diqqət çəkib.
Xalça Muzeyində beynəlxalq dəyirmi masa
Azərbaycan Xalça Muzeyinin 50 illiyi, eləcə də muzeyin yarıdıcısı, xalçaçı-rəssam və xalça sənəti nəzəriyyəçisi Lətif Kərimovun doğum günü ərəfəsində muzeydə silsilə tədbirlər keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Xalça Muzeyinin yubiley tədbirində çoxlu sayda yerli və xarici mütəxəssisləri toplanaraq, “Muzeylərdə tekstil kolleksiyaları” adlı dəyirmi masa təşkil olunub.
"Əlində səs yazısı varsa, məhkəməyə təqdim etsin"
Xalq artisti Məleykə Əsədova həmkarı Ramiz Məliki məhkəməyə verməsindən danışıb. Aktrisa bildirib ki, R.Məlikin onun barəsində səsləndirdiyi fikirlər əsassızdır: "Onun ailəsindən, neçə nəvəsinin olmağından xəbərsizəm. Bu məsələlərlə vəkilim Tağı Hüseynov məşğul olur. Əgər əlində dediyi faktlar, səs yazısı varsa, məhkəməyə təqdim edər. Tanıyanlar bilir ki, mənim dünyamda belə şeylər yoxdur. O cür təhqirlər, səviyyəsiz sözlər danışan insan belə fikirlər də səsləndirə bilər. Görün indi nələrə əl atır?! O cür ifadələri səsləndirən insandan hər şey gözləmək olar. İndi də bu yola əl atdı? Məni istəməyənlərin də balasına dua edən insanam".
Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi
Xalq artisti Məleykə Əsədova xalq artisti Ramiz Məliki məhkəməyə verib. Məlumata görə, M. Əsədova bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Xalq artisti həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.
“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu”
Mədəniyyət və İncəsənət Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra çıxış edən Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva filmin maarifləndirici xarakter daşıdığını, bu filmin nümayişinin gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib.





.jpg)








.jpg)