Mədəniyyət

Tələbələrin sərgisi

20 Noyabr 2017 09:21

Mədəniyyət və İncəsənət Universiteti üzrə “BİR” Tələbə-Könüllü koordinatorunun təşkilatçılığı ilə Universitetin Rəssamlıq və Kulturologiya fakültə tələbələrinin əl işlərindən ibarət sərgi keçirilib. Olaylar.az bildirir ki, sərgidə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva çıxış edərək, bu təşəbbüsə görə tələbələri təbrik edib və onlara işlərində uğurlar arzulayıb. “BİR” Tələbə-Könüllü proqramının Ümumi işlər üzə koordinatoru Canoğlan İlyasov və Universitetin “BİR” Tələbə-Könüllü koordinatoru, SABAH qrupu II kurs tələbəsi Toğrul Qasımov öz növbəsində könüllülər ilə bağlı bu proqramın əhəmiyyətindən, təşkil olunan sərgidə könüllü tələbələrin fəallığından danışaraq gələcəkdə daha maraqlı layihələrlə çıxış edəcəklərini bildirib.

“Muğam və mənəviyyat” - Muğam Mərkəzində

20 Noyabr 2017 09:13

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin “Muğam və mənəviyyat” adlı birgə layihəsi çərçivəsində konsert keçirilib. Olaylar.az bildirir ki, konsertdə Xalq artisti Aygün Bayramova “Yar olmayaydın”, Xalq artisti Nəzakət Teymurova “Bulaq üstə”, Əməkdar artist Almaz Orucova isə “Badi-Səba” təsnifini ifa ediblər.

Əli İldırımoğlunun 90 illiyi qeyd olundu

18 Noyabr 2017 16:49

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, “Şöhrət” ordenli, Əməkdar Jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Olaylar.az bildirir ki, iştirakçılar əvvəlcə foyedə Əli İldırımoğlunun bədii-publisistik fəaliyyətinə dair dövri mətbuat materialları və kitabları əsasında hazırlanmış sərgi ilə tanış olublar.

"Ərim mənə yaxınımla xəyanət etdi"- Prodüserdən ETİRAF 

18 Noyabr 2017 16:36

Məşhurlarımız üzləşdikləri xəyanətlərdən danışıb. “Vüsalə ilə sözbəsöz” verilişində ailələrin dağılmasının səbəbləri müzakirə olunub. Məşhurlar arasında sorğu keçirilib və onlar qalmaqala səbəb olacaq açıqlamalar veriblər.

Ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyeva 10 yaşlı oğluna vağzalı çaldırdı, barmağına üzük taxdı

18 Noyabr 2017 07:31

Tanınmış xanəndə, xalq artisti Könül Xasıyeva oğlu Kazım üçün ad günü məclisi təşkil edib. O, oğlunun 10 yaşını təntənəli şəkildə qeyd edib. Bu barədə aparıcı Azər Süleymanlı məlumat verib. O, “İnstagram” səhifəsində xalq artisti ilə olan fotosunu paylaşıb. “Bu gün sənətkarımız balası Kazıma 10 yaş məclisi etdi. Vağzalı çaldırdı, boynuna şal saldı, barmağına üzük taxdı… Allah toyunu nəsib eləsin, əziz Könül xanım!

Pərvin Abıyevaya SƏRT İRAD: “İki rol oynamaqla...” – VİDEO

17 Noyabr 2017 17:50

“Azad Azərbaycan” telekanalında yayımlanan “Bizimləsən” verilişində aktrisaların səhnə fəaliyyəti müzakirəyə çıxarılıb. Proqramın gedişi zamanı Əməkdar artist Kübra Əliyeva aktrisa Pərvin Abıyevaya irad bildirərək, onun təhsil almasının vacib olduğunu vurğulayıb:“Sənin fitri istedadın hələ üzə çıxmayıb.

“Sülh İstəyirik” – Rəsm müsabiqəsi

17 Noyabr 2017 15:33

Bakı Xətai Sənət Mərkəzi V Beynəlxalq “Sülh İstəyirik” Festivalı çərçivəsində növbəti rəsm müsabiqəsini elan edib. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, “Uluslararası Yalnızca Barışa Tarafız” Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Bu barədə Olaylar.az - a müsabiqənin əlaqələndiricisi Pərviz Əsədov məlumat verib.

“Ən yaxşı film” nominasiyasında qalib  - “Nar bağı”

17 Noyabr 2017 15:31

Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi 7-ci Malatya Beynəlxalq Film Festivalının beynəlxalq uzunmetrajlı filmlər müsabiqə proqramında “Ən yaxşı film” mükafatına layiq görülüb. Festivalın simvolu olan “Kristal ərik” və 15 min avro pul mükafatı verilib. Mükafat festivalda iştirak edən baş rolların ifaçıları Qurban İsmayılov və İlahə Həsənovaya təqdim edilib. Bu mükafat “Nar bağı” filminə strukturuna, poetik dilinə, dərin insanpərvərliyinə, xüsusilə də illərlə yaddaşlardan silinməyəcək son səhnəsi və digər yaddaqalan obrazlarına görə verilib.

Qaliblər mükafatlandırıldı - Milli Dirçəliş günündə

17 Noyabr 2017 09:50

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr- Milli Dirçəliş günü ilə əlaqədar Xəzər rayonunun orta məktəbləri arasında “Musiqi alətlərində ifa üzrə” keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbiri Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru Natiq Abbasov açıq elan edərək, bu cür müsabiqələrin keçirilməsində məqsəd yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması olduğunu vurğulayıb.

“Zaman və Məkan”nın qalibləri məlum oldu

16 Noyabr 2017 21:32

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında növbəti iclas keçirilib. İttifaqın mətbuat xidmətindən verilən məlumata görə, “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsinin qaliblərinin müəyyən edilməsi ilə bağlı keçirilən iclasda İttifaqın sədri, professor Şəfiqə Məmmədova, qurumun birinci katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinorejissor xalq artisti Oqtay Mirqasım, kinorejissor əməkdar incəsənət xadimi Rafael Qəmbərov, əməkdar incəsənət xadimi Yavər Rzayev iştirak ediblər.

Türk Filmləri Həftəsinin açılış mərasimi keçirildi

16 Noyabr 2017 21:26

Bakıda Türk Filmləri Həftəsinin açılış mərasimi keçirilib. Nizami Kino Mərkəzində baş tutan tədbirin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə prezidentinin mədəniyyət məsələləri üzrə baş müşaviri Yalçın Topçu və bir sıra incəsənət xadimləri iştirak ediblər.

Naibə Allahverdiyevanın hamıdan gizlətdiyi əri - FOTOLAR

16 Noyabr 2017 21:13

Əməkdar artist, tanınmış aktrisa Naibə Allahverdiyeva hamıdan gizlətdiyi həyat yoldaşı ilə tədbirlərin birinə qatılıb. Aktrisa özündən 7-8 yaş kiçik həyat yoldaşını fotokameramızdan gizlətməyə çalışsa da, buna nail ola bilməyib. Səmimiyyəti ilə diqqət çəkən cütlük saytımıza fikirlərini də bölüşüb:

Baba Vəziroğlu ilə görüş

16 Noyabr 2017 20:55

Noyabrın 16-da Azərbaycan Dillər Universitetində Auditoriya+ proqramı çərçivəsində Əməkdar incəsənət xadimi, görkəmli şair Baba Vəziroğlu ilə “Gənclik və şeir” mövzusuna həsr olunmuş görüş keçirilib. Olaylar.az bildirir ki, Baba Vəziroğlu məşhur şeirlərini tələbələr üçün səsləndirib, yaradıcılığı ilə bağlı xoş xatirələrini bölüşüb.

Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş konfrans 

16 Noyabr 2017 20:15

16 noyabr Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar olaraq  Mədəniyyət və İncəsənət Universitetində “Azərbaycan Tolerant Cəmiyyətin Nümunəvi Modeli kimi” adlı konfrans keçirilib. Olaylar.az bildirir ki, universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva 2016-cı ildə Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncam haqqında, “Multukultiralizm ili” ərzində müxtəlif yerli və beynəlxalq tədbirlərin keçirilməsi barədə məlumat verib.