Mədəniyyət

“Qafqazlı qardaşqızı” yenidən səhnədə

21 Noyabr 2017 12:51

Noyabrın 24 –də Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası növbəti dəfə nümayiş olunacaq. Musiqili Teatrının mətbuat xidmətindən Olaylar.az –a bildirilib ki, bu dəfəki nümayişin özəlliyi xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamalın tamaşada iştirakı ilə bağlıdır. Belə ki, məşhur səhnə əsərində İlham Namiq Kamal baş rolu – Bəbirli obrazını canlandıracaq.

İran rəsmilərindən Nurgül Yeşilçaya ETİRAZ

21 Noyabr 2017 10:20

Türkiyə və İranın birgə istehsalı olan “Gözəl cin” filmində rol alan türkiyəli aktrisa Nurgül Yeşilçaya İran Mədəniyyət Nazirliyindən qadağa qoyulub. Olaylar.az bildirir ki, filmdə öncədən türk aktrisasının rola alacağı İran Kino təşkilatına bildirilsə də, sonda rəsmi qurumlar aktrisanın çəkildiyi filmdən çıxarılmasını tələb edirlər.

Sərdar Ortac Muğam televiziya müsabiqəsindən kimi dinləyir?

21 Noyabr 2017 09:35

Məşhur türkiyəli müğənni Sərdar Ortac səhər saatların instagramda etdiyi paylaşım azərbaycanlı izləyicilərini sevindirib. Olaylar.az bildirir ki, müğənni səhər saatlarında sosial şəbəkə hesabından ardıcıl olaraq 2011 – ci ildə  Muğam televiziya müsabiqəsində iştirak etmiş gənc xanəndə Güllü Muradovanın müsabiqə zamanı ifa etdiyi "Azərbaycan maralı" videosunu paylaşıb.

“Şəfiqə Məmmədovanın köməyinə ehtiyacım yoxdur...” - Rasim Balayevdən sərt sözlər

20 Noyabr 2017 20:34

Xalq artisti Rasim Balayev bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaydığı açıqlamaya münasibət bildirib.  Məşhur aktyor bildirib ki, Şəfiqə Məmmədovanın və rəhbərlik etdiyi qurumun köməyinə ehtiyacı yoxdur:

Abbas Bağırov yenidən evlənir

20 Noyabr 2017 20:31

Bu gün Əməkdar artist Abbas Bağırovun toyudur. Müğənninin toyu Gəncədə baş tutacaq. Toya A.Bağırovun bir çox sənət dostu da dəvət olunub. Bağırov özəl gününü mediadan gizlətməyə çalışır. Müğənni noyabrın 27-də Bakıda da toy edəcək.

Fikrət Verdiyevin yaradıcılıq gecəsi - Muğam Mərkəzində

20 Noyabr 2017 20:22

Beynəlxalq Muğam Mərkəzində tarzən, Xalq artisti Fikrət Verdiyevin 70 illik yubileyinə və 55 illik səhnə fəaliyyətinə həsr olunmuş gecə kecirilib. Olaylar.az bildirir ki, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində gerçəkləşib. Tədbirin aparıcısı Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev Fikrət Verdiyevin həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd edib ki, tanınmış tarzənin Azərbaycanın musiqi mədəniyyətində xüsusi yeri var.

"Mən bunun müalicəsi üçün haralara kimi getməmişəm" - Rəhim Rəhimli AÇIQLADI

20 Noyabr 2017 16:54

Rəhim Rəhimlinin uzun zamandır efirlərdən kənar düşməsinin səbəbi məlum olub.  "ATV maqazin onlarla" verilişinə açıqlama verən müğənni səhhətində problemlər yaşadığını bildirib: "Səhhətimdə bir az problem var. Qan təzyiqindən əziyyət çəkirəm. Təzyiqim çox yüksəkdir. Mən bunun müalicəsi üçün haralara kimi getməmişəm. Bu irsidir. Mənim rəhmətlik atamda da qan təzyiqi var idi. Məclislərə gedəndə, səhnə alanda yanımda artıq kimsə olur. Çünki hər an başım gicəllənə bilər". 

Qazaxıstan Milli İncəsənət Akademiyasının tələbələri Bakıda

20 Noyabr 2017 16:07

Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən akademiyanın müxtəlif ixtisasları üzrə təhsil alan magistr tələbələri növbəti dəfə ADMİU-da elmi təcrübə keçiblər. Olaylar.az bildirir ki, teatr sənəti fakültəsində İzekenova Ulşat, Kinjembetova Tanşolpan, Kabdıl Erkebulan, Rəssamlıq fakültəsində Maxambetova Altın, Musiqi sənəti fakültəsində Darjanova Şolpan dissertasiya mövzusunda araşdırmalar aparıblar.

Daşkənddə ali təhsil ocağında Azərbaycan-Özbəkistan Dostluq Mərkəzi yaradılacaq

20 Noyabr 2017 15:20

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənddəki Əlişir Nəvai adına özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracədddinovla görüşüb. Görüşdə iki dövlət arasında ədəbi-mədəni əlaqələr, hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər və digər layihələr müzakirə edilib.

Kinematoqrafçılar İttifaqından açıqlama: “Rasim Balayevə kömək etməyə hazırıq “

20 Noyabr 2017 15:09

“Bu günlərdə xalq artisti Rasim Balayev “Yeni Müsavat” qəzetinin müxbirinin “Respublika Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan olduğumu” sualına “Yox... istəmirəm də” deyə cavab verib. Qeyd edək ki, Rasim Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü deyil. O, rəhbəri Rüstəm İbrahimbəyov olan ittifaqın üzvü, eyni zamanda katibidir və hazırda da o vəzifəni daşıyır”.

Səidə Sultan müğənniləri bir-birinə QATDI: “Qıdıqlamadı da...” – VİDEO

20 Noyabr 2017 15:00

“ATV maqazin onlarla” proqramının “Hit parad” rubrikasının növbəti qonağı müğənni Səidə Sultan olub.

Həyatını səhnədə “əridən” aşiq aktrisa - “Aşiq olmağımın səbəbkarı Şəfiqə Məmmədovadı”...

20 Noyabr 2017 13:44

İlk baxışda tanımadım, çox dəyişib. Təəccübümü gizlədə bilmədim: “Siz o xanımsınız, yoxsa...”? Gülümsünərək cavab verdi ki, həmin adamdı, sadəcə xəstəlikdən dolayi  mədəsində əməliyyat olunub. Ona görə də arıqlayib, çəkisi azalıb.Amma belə rahatdı, sağlamdı, özünü çox yüngül  və gümrah hiss edir.

"Röya həmin gün desəydi ki, mən 100 minə gedirəm, onlar onu..."

20 Noyabr 2017 13:09

Bu gün Xəzər telekanalında "Hər şey daxil" verilişində müğənnilərin toy qiymətlərindən danışılıb. Verilişdə ekspert qismində iştirak edən prodüser Tolik mövzuyla bağlı maraqlı bir açılqlama ilə diqqət çəkib.

Xalça Muzeyində beynəlxalq dəyirmi masa

20 Noyabr 2017 12:08

Azərbaycan Xalça Muzeyinin 50 illiyi, eləcə də muzeyin yarıdıcısı, xalçaçı-rəssam və xalça sənəti nəzəriyyəçisi Lətif Kərimovun doğum günü ərəfəsində muzeydə silsilə tədbirlər keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Xalça Muzeyinin yubiley tədbirində çoxlu sayda yerli və xarici mütəxəssisləri toplanaraq, “Muzeylərdə tekstil kolleksiyaları” adlı dəyirmi masa təşkil olunub.