Mədəniyyət
"Əlində səs yazısı varsa, məhkəməyə təqdim etsin"
Xalq artisti Məleykə Əsədova həmkarı Ramiz Məliki məhkəməyə verməsindən danışıb. Aktrisa bildirib ki, R.Məlikin onun barəsində səsləndirdiyi fikirlər əsassızdır: "Onun ailəsindən, neçə nəvəsinin olmağından xəbərsizəm. Bu məsələlərlə vəkilim Tağı Hüseynov məşğul olur. Əgər əlində dediyi faktlar, səs yazısı varsa, məhkəməyə təqdim edər. Tanıyanlar bilir ki, mənim dünyamda belə şeylər yoxdur. O cür təhqirlər, səviyyəsiz sözlər danışan insan belə fikirlər də səsləndirə bilər. Görün indi nələrə əl atır?! O cür ifadələri səsləndirən insandan hər şey gözləmək olar. İndi də bu yola əl atdı? Məni istəməyənlərin də balasına dua edən insanam".
Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi
Xalq artisti Məleykə Əsədova xalq artisti Ramiz Məliki məhkəməyə verib. Məlumata görə, M. Əsədova bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Xalq artisti həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.
“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu”
Mədəniyyət və İncəsənət Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra çıxış edən Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva filmin maarifləndirici xarakter daşıdığını, bu filmin nümayişinin gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib.
Tələbələrin sərgisi
Mədəniyyət və İncəsənət Universiteti üzrə “BİR” Tələbə-Könüllü koordinatorunun təşkilatçılığı ilə Universitetin Rəssamlıq və Kulturologiya fakültə tələbələrinin əl işlərindən ibarət sərgi keçirilib. Olaylar.az bildirir ki, sərgidə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva çıxış edərək, bu təşəbbüsə görə tələbələri təbrik edib və onlara işlərində uğurlar arzulayıb. “BİR” Tələbə-Könüllü proqramının Ümumi işlər üzə koordinatoru Canoğlan İlyasov və Universitetin “BİR” Tələbə-Könüllü koordinatoru, SABAH qrupu II kurs tələbəsi Toğrul Qasımov öz növbəsində könüllülər ilə bağlı bu proqramın əhəmiyyətindən, təşkil olunan sərgidə könüllü tələbələrin fəallığından danışaraq gələcəkdə daha maraqlı layihələrlə çıxış edəcəklərini bildirib.
“Muğam və mənəviyyat” - Muğam Mərkəzində
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin “Muğam və mənəviyyat” adlı birgə layihəsi çərçivəsində konsert keçirilib. Olaylar.az bildirir ki, konsertdə Xalq artisti Aygün Bayramova “Yar olmayaydın”, Xalq artisti Nəzakət Teymurova “Bulaq üstə”, Əməkdar artist Almaz Orucova isə “Badi-Səba” təsnifini ifa ediblər.
Əli İldırımoğlunun 90 illiyi qeyd olundu
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, “Şöhrət” ordenli, Əməkdar Jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Olaylar.az bildirir ki, iştirakçılar əvvəlcə foyedə Əli İldırımoğlunun bədii-publisistik fəaliyyətinə dair dövri mətbuat materialları və kitabları əsasında hazırlanmış sərgi ilə tanış olublar.
"Ərim mənə yaxınımla xəyanət etdi"- Prodüserdən ETİRAF
Məşhurlarımız üzləşdikləri xəyanətlərdən danışıb. “Vüsalə ilə sözbəsöz” verilişində ailələrin dağılmasının səbəbləri müzakirə olunub. Məşhurlar arasında sorğu keçirilib və onlar qalmaqala səbəb olacaq açıqlamalar veriblər.
Ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyeva 10 yaşlı oğluna vağzalı çaldırdı, barmağına üzük taxdı
Tanınmış xanəndə, xalq artisti Könül Xasıyeva oğlu Kazım üçün ad günü məclisi təşkil edib. O, oğlunun 10 yaşını təntənəli şəkildə qeyd edib. Bu barədə aparıcı Azər Süleymanlı məlumat verib. O, “İnstagram” səhifəsində xalq artisti ilə olan fotosunu paylaşıb. “Bu gün sənətkarımız balası Kazıma 10 yaş məclisi etdi. Vağzalı çaldırdı, boynuna şal saldı, barmağına üzük taxdı… Allah toyunu nəsib eləsin, əziz Könül xanım!
Pərvin Abıyevaya SƏRT İRAD: “İki rol oynamaqla...” – VİDEO
“Azad Azərbaycan” telekanalında yayımlanan “Bizimləsən” verilişində aktrisaların səhnə fəaliyyəti müzakirəyə çıxarılıb. Proqramın gedişi zamanı Əməkdar artist Kübra Əliyeva aktrisa Pərvin Abıyevaya irad bildirərək, onun təhsil almasının vacib olduğunu vurğulayıb:“Sənin fitri istedadın hələ üzə çıxmayıb.
“Sülh İstəyirik” – Rəsm müsabiqəsi
Bakı Xətai Sənət Mərkəzi V Beynəlxalq “Sülh İstəyirik” Festivalı çərçivəsində növbəti rəsm müsabiqəsini elan edib. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, “Uluslararası Yalnızca Barışa Tarafız” Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Bu barədə Olaylar.az - a müsabiqənin əlaqələndiricisi Pərviz Əsədov məlumat verib.
“Ən yaxşı film” nominasiyasında qalib - “Nar bağı”
Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi 7-ci Malatya Beynəlxalq Film Festivalının beynəlxalq uzunmetrajlı filmlər müsabiqə proqramında “Ən yaxşı film” mükafatına layiq görülüb. Festivalın simvolu olan “Kristal ərik” və 15 min avro pul mükafatı verilib. Mükafat festivalda iştirak edən baş rolların ifaçıları Qurban İsmayılov və İlahə Həsənovaya təqdim edilib. Bu mükafat “Nar bağı” filminə strukturuna, poetik dilinə, dərin insanpərvərliyinə, xüsusilə də illərlə yaddaşlardan silinməyəcək son səhnəsi və digər yaddaqalan obrazlarına görə verilib.
"Elə kişi müğənnilər var ki, 20 manata..." - Tanınmış prodüser
Qaliblər mükafatlandırıldı - Milli Dirçəliş günündə
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr- Milli Dirçəliş günü ilə əlaqədar Xəzər rayonunun orta məktəbləri arasında “Musiqi alətlərində ifa üzrə” keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbiri Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru Natiq Abbasov açıq elan edərək, bu cür müsabiqələrin keçirilməsində məqsəd yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması olduğunu vurğulayıb.
“Zaman və Məkan”nın qalibləri məlum oldu
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında növbəti iclas keçirilib. İttifaqın mətbuat xidmətindən verilən məlumata görə, “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsinin qaliblərinin müəyyən edilməsi ilə bağlı keçirilən iclasda İttifaqın sədri, professor Şəfiqə Məmmədova, qurumun birinci katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinorejissor xalq artisti Oqtay Mirqasım, kinorejissor əməkdar incəsənət xadimi Rafael Qəmbərov, əməkdar incəsənət xadimi Yavər Rzayev iştirak ediblər.
Türk Filmləri Həftəsinin açılış mərasimi keçirildi
Bakıda Türk Filmləri Həftəsinin açılış mərasimi keçirilib. Nizami Kino Mərkəzində baş tutan tədbirin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə prezidentinin mədəniyyət məsələləri üzrə baş müşaviri Yalçın Topçu və bir sıra incəsənət xadimləri iştirak ediblər.


.jpg)
.jpg)










