“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu”
Mədəniyyət və İncəsənət Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra çıxış edən Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva filmin maarifləndirici xarakter daşıdığını, bu filmin nümayişinin gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib.
20 Noyabr 2017 11:00 MədəniyyətMədəniyyət və İncəsənət Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu" mövzusunda tədbir keçirilib.
Olaylar.az bildirir ki, tədbirdə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş "Şəhadət" sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra çıxış edən Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva filmin maarifləndirici xarakter daşıdığını, bu filmin nümayişinin gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxışında İslam dininin sülh, əmin-amanlıq dini olduğunu bildirib.
Çıxış edən digər natiqlər Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" kafedrasının müdiri, professor Aydın Talıbzadə, Əməkdar artist, ADMİU-nun dosenti Məmmədsəfa Qasımov və başqaları sənədli filmin əhəmiyyətini yüksək qiymətləndiriblər.