Mədəniyyət

Azəri qızı Günel növbəti nişanlısından da AYRILDI - AÇIQLAMA

14 Noyabr 2017 12:30

Türkiyədə yaşayan həmyerlimiz Günel Zeynalova növbəti dəfə nişanlısı Cem Ozan Torunlardan ayrılıb. Sənətçi bu barədə instaqram hesabında məlumat verib: “Özəl həyatım üçün aldığım və mənim üçün ən doğru, xeyirli olan qərarı iş həyatımda da reallaşdırdım. “Torunlar Ajans” və orada çalışanlarla bütün əlaqəmi kəsdim”.

Pərvin Abıyeva Rafet El Romanla SEVGİLİDİR? – AÇIQLAMA

13 Noyabr 2017 17:51

Bu gün türk mətbuatında aktrisa Pərvin Abıyevanın Rafet El Romanla restoranda yemək yeməsi ilə bağlı xəbərlər yayılıb. Türk maqazin müxbirlərinin iddia etdiyinə görə, Rafet və Pərvin sevgilidir. Məlumata görə, onlar yemək yedikdən sonra məkanı ayrı-ayrı tərk ediblər. Paparatsiləri yanıltmaq istəyən müğənni isə makyaj ustası ilə görüntülər verib.

Aprel şəhidinə həsr olunan film təqdim edildi

13 Noyabr 2017 17:27

Noyabrın 13- də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət təşkilatlarına dövlət dəstəyi Şurası Qayıdış İctimai Birliyi tərəfindən çəkilmiş 18 aprel 2016-cı il tarixində Lələtəpə döyüşləri zamanı vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş polkovnik-leytenant Sənan Axundov haqqında “Vətən aşiqi” sənədli filminin təqdimat mərasimi olub. Olaylar.az bildirir ki, təqdimatda iştirak edənlər Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov, Bənəqədi rayon YAP təşkilatının sədri Ramiz Göyüşov, “Qayıdış” İctimai Birliyinin sədri Hasil Tağıyev, Mədəni İnkişaf İctimai Birliyinin sədri Gəray Əlibəyov, aktyor, əməkdar artist Azad Şükürov, Azərbaycan Respublikası Mədəniyyət və turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin şöbə müdirləri Sənan Talıbov və Məzahir Qarayev, əməkdaşları Aslan Qasımov və Cavid Quliyev, 144 N-li məktəbin direktoru Həcər Mahmudova, Yazıçılar Birliyinin Aran bölməsinin sədri Sərbaz Hüseynoğlu, şairlər Sabir Rüstəmxanlı, Seyran Səxavət, şairə Gülarə Şınıxlı və başqaları S.Axundovla bağlı xatirələrini bölüşmüşlər.

Şah İsmayıl Xətainin yeni şeirləri ANKARADA TAPILDI

13 Noyabr 2017 16:35

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdıqları şeirləri aşkar edib. Olaylr.az bildirir ki, Xətainin Ankara Milli Kitabxanasındakı "Əlyazma" məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə olan əsərləri qəzəl və qoşma janrlarında yazılıb. Aşkar edilmiş ana dilindəki yeni qəzəldə I Şah Təhmasib Osmanlı imperatoru Sultan Süleymanın qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir.

Bakıda Burak Özçivitlə Fahriye Evceni görmək istəyirsinizsə... - QİYMƏTLƏR

13 Noyabr 2017 13:54

Xəbər verdiyimiz kimi, noyabrın 30-da "Kardeşim benim 2" filminin Bakıda möhtəşəm qala gecəsi keçiriləcək.Qala gecəsində filmin baş rol ifaçısı və rejissoru Burak Özçivit də iştirak edəcək. Özçivit təqdimat mərasiminə xanımı Fahriye Evcenlə qatılacaq.

Əməkdar artistin çəkiliş zamanı ürəyi dayandı... - "Vicdan haqqı"nda şok olay

13 Noyabr 2017 13:21

ATV-də yayımlanan “Vicdan haqqı” serialının Minayəsi, əməkdar artist Hicran Nəsirova ölümdən dönüb. Açıqlama verən aktrisa serialın son çəkilişləri zamanı başına gələn hadisəni danışıb: “Mən lap gənclik illərimdən bəri təbii oynamağa üstünlük vermişəm. Bu, mənim özümdən asılı deyil, serialı da real həyat hesab edirəm və olduğum kimi davranıram. Buna görə də uzun müddət hadisələrin təsirindən çıxa bilmirəm. Fikirləşirəm ki, Nərgizlə Fariz doğrudan da mənim nəvələrimdir. Hər səhnənin çəkilişindən sonra sarsıntı keçirirəm.

Günaydan qalmaqallı sözlər: "İradənin Azərbaycan şou-biznesində yeri yoxdur"

13 Noyabr 2017 13:19

"ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasının qonağı müğənni Günay İbrahimli olub. Sənətçi ən çox sevdiyi on mahnını sıralayıb.  Günay Murad Arifin "Partlat" mahnısını sonuncu sıraya qoyub: "Murad Arifin adını qarışqa qoymuşam. Amma "Patlat" mahnısı mənim zövqümdə deyil. Yalan danışmayım, mahnı hit deyil. Ramalın mahnısı yeni işıq üzü görüb. Bir aydan sonra bəlkə partladı, amma indi yox. Siyahıda doqquzuncu olsun".

QHT-nin nəzdində Muğam Dünyası klubu rəsmi olaraq fəaliyyətə başladı

12 Noyabr 2017 17:08

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai  Birliyin nəzdində Muğam Dünyası klubu rəsmi olaraq fəaliyyətə başladı. Olaylar.az bildirir ki, ƏSMİD İB idarə heyətinin 25.10.2017-ci il 5 saylı protokoluna əsasən  yaradılan klubun Sədri Nicat Müslümov seçildi. Klub milli musiqimiz olan muğamın gənclər arasında təbliğ olunmasına dəstək olaraq yaradıldı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır…

Muğam Mərkəzində “Nəqşi cahan sədası” 

12 Noyabr 2017 16:57

Beynəxlaq Muğam Məkrəzində Naxçıvan Muxtar Respublikasının musiqiçilərindən ibarət  “Nəqşi cahan sədası” adlı konsert  keçirilib. Olaylar.az bildirir ki, gecədə NMR – nın Əməkdar artisti Ehtiram Hüseynov,Əməkdar artistlər Tural Nəcəfov,Zülfüqar Mahmudov,Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solisti Təyyar Mədətli,Həsən Babayev,Ələkbər Sadıqov,Əli Mehrəliyev, IV televiziya muğam müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, Ataxan Quliyev, Naxçıvan Dövlət Filarmoniyasının solisti Nərmin Hüseynova, Bülbül adına Orta İxtisas  Musiqi Məktəbinin şagirdi Rəna Mehrəliyeva çıxış ediblər.

Damladan arxasınca danışan kişilərə: "Adınızdakı kişi sözü..." 

12 Noyabr 2017 16:23

Müğənni Damla İnstagram hesabından arxasınca danışan kişilərə atmaca atıb. Müğənni Kurtlar Vadisindən fraqment paylaşaraq göndərməsini edib.

Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin 85 illik yubileyi 

12 Noyabr 2017 10:17

Beynəxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Şuşa Şəhər İcra Hakimiyyətinin, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, ilk olaraq Mərkəzin foyesində Şuşa Şəhər Uşaq  İncəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olundu.

Aprel şəhidi Nicat İsgəndərov haqqında film çəkildi 

11 Noyabr 2017 16:43

Şəhid Nicat İsgəndərov haqda film çəkilib.  2016-cı ilin aprelində cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyini erməni işğalçılarından azad etməsi üçün həyata keçirdiyi uğurlu döyüş əməliyyatları zamanı şəhid olan Nicat Bəhruz oğlu İsgəndərov haqda sənədli film işıq üzü görüb. “Şəhidliyə aparan arzu” adlanan filmdə Nicat İsgəndərovun doğmalarının, müəllimlərinin və silahdaşlarının qəhrəman hərbiçi haqda fikirləri, həmçinin həlak olmamışdan əvvəl yaxınlarına və dostlarına göndərdiyi səsli mesajlar yer alır. Sənədli film Ağdam rayonunda yeni yaradılmış “T.Z Media” qrupu tərəfindən hazırlanıb. Layihənin rəhbəri jurnaslist Teymur Zahidoğlu, müəllifi, “Cümhuriyət” qəzetinin Qarabağ üzrə əməkdaşı Elgün Gəncimsoy, operatorları Ziya İsmayıloğlu, Səxavət Əsədov və Ziyəddin Tağızadə, montajçı isə Nuranə Vəliyevadır. Filmdə Azərbaycan Aşıq havalarından “Ruhani” və Türk dünyasının sevimlisi olan Əhmət Şəfəqin “Məmləkət məsələsi” mahnılarından istifadə olunub. Filmin informasiya dəstəyi Sahil TV internet televiziyasıdır.

Cəfər Namiq Kamaldan "Qonaqlıq"

11 Noyabr 2017 16:22

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti Cəfər Namiq Kamalın quruluş verdiyi tamaşanın premyerası olub. Olaylar.az bildirir ki, “Qonaqlıq” adlanan musiqili komediyanın müəllifi Əhməd Orucoğludur. Tamaşada Cəfər Namiq Kamal, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova müxtəlif həyat tərzi yaşayan insanları canlandırıblar.