Mədəniyyət

Şövkət Ələkbərovanın 95 illik yubileyi qeyd olundu

15 Noyabr 2017 19:35

Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik musiqi məktəbində xalq artisti, milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni Şövkət Ələkbərovanın 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Olaylar.az bildirir ki, konsertdə Baş İdarənin rəis müavini Nazim Əliyev və digər əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Bu həftə Musiqili Teatrda 9 tamaşa olacaq

15 Noyabr 2017 18:55

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə ərzində 9 tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşaçılar 16, 17, 18, 19 noyabr tarixlərində saat 11.00, 12.00, 14.00, 15.00, 16.00 və 19.00-da “Hacı Qara” (M.F. Axundzadə), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Arşın mal alan” (Ü. Hacıbəyli), “Molla Nəsrəddinin beş arvadı” (İ. Sadıqov), “Bremen musiqiçiləri və Pen” (C. Barri, Qrimm qardaşları), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və “Düyməcik” (H.K. Andersen) tamaşalarını izləyə bilərlər. Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 16, 18 noyabr tarixində saat 12.00-da V. Ulanovski, V. Orlovun “Qızıl cücə”, 19 noyabr saat 14.00-da H.K. Andersenin “Düyməcik” əsəri rus dilində, həmin gün 12.00-da C. Barri, Qrimm qardaşlarının “Bremen musiqiçiləri və Pen” nağıl-tamaşası Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq.

Gənc rejissorların beynəlxalq uğuru

15 Noyabr 2017 17:22

Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu IV kurs tələbəsi Samir Hüseynovun sənədli filmi Tbilisi Beynəlxalq Film Festivalında iştirak haqqı qazanıb. Olaylar.az bildirir ki, dekabr ayı ərzində keçirilməsi nəzərdə tutulan festivalda “Happy Death” filmi “Tələbə filmləri” bölməsi üzrə nümayiş olunacaq.

SABAH qrupu “Səda” Tədris Teatrında

15 Noyabr 2017 17:06

 “Səda” Tədris Teatrında Mədəniyyət və İncəsənət Universiteti SABAH qrupu IV kurs tələbələrinin ifasında M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” pyesi əsasında hazırladıqları bir hissəli tamaşa növbəti dəfə təqdim olunub. Olaylar.az bildirir ki, universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tamaşanın rejissoru, kurs rəhbər Əməkdar artist Nofəl Vəliyevdi.

Muğam Mərkəzində yaradıcılıq gecəsi

15 Noyabr 2017 17:05

Noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzinin və  Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının  birgə layihəsi çərçivəsində  tarzən, Əməkdar artist,  Azərbaycan Milli Konservatoriyasının professoru Həmid Vəkilovun yaradıcılıq gecəsi keçirilib. Olaylar.az bildirir ki, gecədə sənətkarın həyat və yaradıcılığından,Azərbaycan Televiziyasının “Qızıl  fondu”-nda saxlanılan ifalarından ibarət videoçarx nümayiş olunub.

“Eşq-i Nigar” təqdim edildi

15 Noyabr 2017 16:24

Noyabrın 14-də Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanının motivləri əsasında “Eşq-i Nigar” adlı məhəbbət dastanıın təqdimatı oldu. Olaylar.az bildirir ki, premyeradan öncə teatrın direktoru , Əməkdar incəsənət xadimi Mübariz Həmidov və Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım səhnədən tamaşaçıları salamladılar. İbrahim İldırım birgə layihənin iki ölkə arasında mədəni körpülərin inkişafına daha bir töhfə olduğunu bildirdi.

Azərbaycan, Belarus, Ukrayna, Rusiya opera ulduzları eyni səhnədə

15 Noyabr 2017 16:14

Dekabrın 2-də Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının növbəti tamaşası nümayiş olunacaq. Olaylar.az bildirir ki, Karmen partiyasını belaruslu vokal ulduzu Oksana Volkovanın ifa edəcək.  O.Volkova Belarus Böyük Akademik Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, Dövlət mükafatı laureatı, bir sıra beynəlxalq müsabiqələrinin qalibidir.

"Art"  Sankt-Peterburq  Dövlət  Musiqili  Teatrı BAKIDA 

15 Noyabr 2017 14:12

Noyabrın 15 – 16 –da Azərbaycan  Teatr  Xadimləri  İttifaqında  “Art"  Sankt-Peterburq  Dövlət  Musiqili  Teatrının iki tamaşası nümayiş olunacaq. Olaylar.az bildirir ki, tamaşalar  "Rossotrudniçestvo"- nun   Azərbaycan  Nümayəndəliyinin , Azərbaycan  Teatr  Xadimləri  İttifaqının və  "Art"  Sankt-Peterburq  Dövlət  Musiqili  Teatrının   təşkilatçılığı ilə nümayiş olunacaq. Təqdim olunacaq tamaşalar “Peterburq mənzillıri” və “Əlvida, konferansyel!” adlanır.

“Vicdan haqqı”nın rejissorundan sərt reaksiya: "O qadın haqqında danışmaq istəmirəm"

15 Noyabr 2017 11:37

“Vicdan haqqı” serialında Dilarə obrazını Bakı Musiqi Akademiyasının əməkdaşı vokalist Aygün Zeynalovanın canlandırması tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Bir çox tamaşaçılar əvvəllər Dilarə obrazını canlandıran, əməkdar Kəmalə Müzəffərin serialdan getməsini heç də müsbət qarşılamayıb. Elə K.Müzəffərlinin özü də serialdakı dəyişiklikdən sarsıntı keçirərək, xəstəxanalıq olub.

Talıb Tale tələbə yoldaşları ilə birlikdə: "Maşını udandan sonra yada saldılar..." 

15 Noyabr 2017 07:30

Müğənni Talıb Tale tələbə yoldaşları ilə olan fotosunu paylaşıb. Müğənninin “İllər sonra tələbə yoldaşlarımla birlikdə” başlığı ilə paylaşdığı foto izləyicilər tərəfindən maraqla qarşılanıb. İzləyicilərdən bəziləri “Bunlar səni maşını udandan sonra yada saldılar” kimi şərhlər yazıb.

Nitq mədəniyyəti üzrə mütəxəssis tələbələrlə görüşdü

15 Noyabr 2017 07:25

  “ASAN Radio”nun redaktoru, aparcısı və nitq mədəniyyəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlu Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşüb. Oaylar.az bildirir ki, görüşdə mütəxəssis qüsursuz nitqə sahib olmağın yollarına dair mühazirəsi ilə Kino və televiziya sənəti fakültəsinin tələbələrinə dolğun səsə sahib olmaq, söz ehtiyatının artırılması, düzgün nəfəs almaq, auditoriya qarşısında sərbəst çıxış etmək, insanlarda xoş təəssürat yaratmaq və bir çox vacib məsələlərə diqqəti çəkib.

"Qınayırlar ki, Məlahət ancaq kiçik rollara çəkilir"

14 Noyabr 2017 18:45

Aktrisa Məlahət Abbasova "ATV kulis" verilişinin qonağı olub. Aktrisa proqramından danışıb: "Bizimkilər türkiyəli məşhurları tanıyır. Məqsədim "Məlahətli söhbətlər" vasitəsiylə bizimkiləri də orada tanıtmaqdır. Görürəm ki, bura gəlib gedəndən sonra oradakılar məndən Alim Qasımovun, İlqar Muradovun disklərini istəyirlər".

Nadir onu Samiraldoya bənzədənlərə od püskürdü: "Arvadımı da..." - VİDEO

14 Noyabr 2017 16:41

Müğənni Nadir Qafarzadənin sosial şəbəkədə izləyiciləri ilə salamlaşdığı video müzakirələrə səbəb olub. Onun içkili olduğu, özünü stilist Samiraldoya bənzətdiyi barədə sosial şəbəkədə xəbərlər yayılıb.

“Müsyö Jordan və dərviş Məstəli şah” Muğam Mərkəzində təqdim edildi

14 Noyabr 2017 16:31

Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrı 144- cü mövsümündə Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah”  tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, tamaşanın quruluşcu rejissoru, Şuşa Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Loğman Kərimovdur. Tamaşanın səhnəyə qoyulmasında məqsəd, gənc nəslə yeni formatda M.F. Axundov yaradıcılığını müasir dövrə uyğun çatdırılmasıdı.

Şou-biznesdəki ulduzlarımızın xaricdəki mülkləri – Siyahı

14 Noyabr 2017 16:26

Hər zaman bahalı həyat tərzləri ilə gündəmə gələn Azərbaycan şou-biznes ulduzlarının bu dəfə xaricdəki daşınmaz əmlaklarını araşdırdıq.