Muğam Mərkəzində “Muğam axşamları” adlı konsert
Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi olan “Muğam axşamları” adlı layihənin ikinci mərhələsinin növbəti konserti olub. Olaylar.az bildirir ki, konsertdə “Bayatı Qacar” və “Şahnaz” muğamları səslənib. “Bayatı Qacar” muğamını xanəndələr əməkdar müəllimi Qəzənfər Abbasov və Əməkdar artist Nuriyyə Hüseynova ifa ediblər.
16 Noyabr 2017 13:37 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və "Mədəniyyət" kanalının birgə layihəsi olan "Muğam axşamları" adlı layihənin ikinci mərhələsinin növbəti konserti olub. Olaylar.az bildirir ki, konsertdə "Bayatı Qacar" və "Şahnaz" muğamları səslənib.
"Bayatı Qacar" muğamını xanəndələr əməkdar müəllimi Qəzənfər Abbasov və Əməkdar artist Nuriyyə Hüseynova ifa ediblər.
Saha sonra Qəzənfər Abbasov tələbələri, V Muğam Televiziya Müsabiqəsinin laureatı Ülviyyə Məmmədzadə və VI Muğam Televiziya Müsabiqəsinin laureatı Nüsabə Kərimova ilə birlikdə "Şahnaz" muğamını səsləndiriblər.
Gecədə xanəndələri İlhamiz İsmayılov, Bayram Əliyev, İdris Tağıyev, Elnur Əliyev müşayiət ediblər.