“Dünyəvi cizgilər” bədii kukla sərgisi keçirilib

Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” zalında rəssam Fərəh Əliyevanın “Dünyəvi cizgilər” bədii kukla sərgisi keçirilib. Olaylar.az bildirir ki, fərdi sərgidə müəllifin 30-a yaxın müxtəlif mövzularda – “Nar budağı”, “Zümrüd”, “Edem”, “Sarı gəlin”, “Qız qalası”, “İlham”, “Şərq yuxuları”, “Cənnət mələyi”, “Qürurlu Xəzər”, “Modern trio”, “Nar qızı”, “DNA”, “Tıq-tıq xanım”, “Şopinq” və başqa kuklaları nümayiş olunub. Sərginin açılışında Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Arif Əziz, Xalq rəssamı, professor Ağəli İbrahimov, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru Röya Tağıyeva, Rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva və "Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Fuad Məmmədov rəssamın zəngin yaradıcılığı, əsərlərinin orijinallığı ilə bağlı fikirlərini bölüşüb, müəllifə xoş arzularını bildiriblər.

Mədəniyyət və İncəsənət Universitetinin "Vernisaj" zalında rəssam Fərəh Əliyevanın "Dünyəvi cizgilər" bədii kukla sərgisi keçirilib. Olaylar.az bildirir ki, fərdi sərgidə müəllifin 30-a yaxın müxtəlif mövzularda - "Nar budağı", "Zümrüd", "Edem", "Sarı gəlin", "Qız qalası", "İlham", "Şərq yuxuları", "Cənnət mələyi", "Qürurlu Xəzər", "Modern trio", "Nar qızı", "DNA", "Tıq-tıq xanım", "Şopinq" və başqa kuklaları nümayiş olunub.
Sərginin açılışında Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Arif Əziz, Xalq rəssamı, professor Ağəli İbrahimov, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru Röya Tağıyeva, Rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva və "Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Fuad Məmmədov rəssamın zəngin yaradıcılığı, əsərlərinin orijinallığı ilə bağlı fikirlərini bölüşüb, müəllifə xoş arzularını bildiriblər.
Universitetin professor-müəllim, tələbə heyətinin, eləcə də bir çox tanınmış incəsənət xadimləri - Arif Hüseynov, Vasif Babayev, Tahir Behbudov, Rafiq Kaşanlı və Türkiyənin Azərbaycandakı Səfirliyin nümayəndələrinin iştirak etdiyi sərgidə müəllifin əsərləri böyük maraqla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31