Tələbələrin sərgisi

Mədəniyyət və İncəsənət Universiteti üzrə “BİR” Tələbə-Könüllü koordinatorunun təşkilatçılığı ilə Universitetin Rəssamlıq və Kulturologiya fakültə tələbələrinin əl işlərindən ibarət sərgi keçirilib. Olaylar.az bildirir ki, sərgidə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva çıxış edərək, bu təşəbbüsə görə tələbələri təbrik edib və onlara işlərində uğurlar arzulayıb. “BİR” Tələbə-Könüllü proqramının Ümumi işlər üzə koordinatoru Canoğlan İlyasov və Universitetin “BİR” Tələbə-Könüllü koordinatoru, SABAH qrupu II kurs tələbəsi Toğrul Qasımov öz növbəsində könüllülər ilə bağlı bu proqramın əhəmiyyətindən, təşkil olunan sərgidə könüllü tələbələrin fəallığından danışaraq gələcəkdə daha maraqlı layihələrlə çıxış edəcəklərini bildirib.

Mədəniyyət və İncəsənət Universiteti üzrə "BİR" Tələbə-Könüllü koordinatorunun təşkilatçılığı ilə Universitetin Rəssamlıq və Kulturologiya fakültə tələbələrinin əl işlərindən ibarət sərgi keçirilib.

Olaylar.az bildirir ki, sərgidə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva çıxış edərək, bu təşəbbüsə görə tələbələri təbrik edib və onlara işlərində uğurlar arzulayıb. "BİR" Tələbə-Könüllü proqramının Ümumi işlər üzə koordinatoru Canoğlan İlyasov və Universitetin "BİR" Tələbə-Könüllü koordinatoru, SABAH qrupu II kurs tələbəsi Toğrul Qasımov öz növbəsində könüllülər ilə bağlı bu proqramın əhəmiyyətindən, təşkil olunan sərgidə könüllü tələbələrin fəallığından danışaraq gələcəkdə daha maraqlı layihələrlə çıxış edəcəklərini bildirib.

Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Məryəm Əlizadə, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva, Universitetin professor-müəllim, tələbə heyətinin iştirak etdiyi sərgidə müxtəlif mövzulu və texnikalı 40-dan çox iş nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31