Rüstəm Behrudinin imza günü təşkil olunacaq
Noyabrın 25 – də Kitabevim.az mağazalar şəbəkəsinin mərkəz filialında Tanınmış Azərbaycan şairi Rüstəm Behrudinin “XAN” nəşriyyatının “Çağdaş Ədəbiyyat” seriyasında yeni nəşr olunmuş “Şaman duasından dar ağacına” adlı şeirlər kitabının təqdimat və imza günü keçiriləcək. Olaylar.az bildirir ki, kitabdakı şeirlər “Qurd başlı tuğlar bizim”, “Çıxıb getməyə qurulub onsuz da bütün saatlar”, “Məzarlıqda bitən yovşan” və “Mən dəli, havalar dəli” sərlövhələrində birləşdirilib. Kitabın redaktoru f.ü.f.d., dos. Şəmil Sadiq, rəssamı Pəri Miniatürdür.
22 Noyabr 2017 11:49 MədəniyyətNoyabrın 25 - də Kitabevim.az mağazalar şəbəkəsinin mərkəz filialında Tanınmış Azərbaycan şairi Rüstəm Behrudinin "XAN" nəşriyyatının "Çağdaş Ədəbiyyat" seriyasında yeni nəşr olunmuş "Şaman duasından dar ağacına" adlı şeirlər kitabının təqdimat və imza günü keçiriləcək. Olaylar.az bildirir ki, kitabdakı şeirlər "Qurd başlı tuğlar bizim", "Çıxıb getməyə qurulub onsuz da bütün saatlar", "Məzarlıqda bitən yovşan" və "Mən dəli, havalar dəli" sərlövhələrində birləşdirilib. Kitabın redaktoru f.ü.f.d., dos. Şəmil Sadiq, rəssamı Pəri Miniatürdür.
Tədbirdə şairin şeir gecəsi də keçiriləcək və müəllif şeirlərini səsləndirəcək.