Nahid Emiloğlu: “İndiki meymunlar danışmasın. Nə bilirlər konsert nədi?”
22 Noyabr 2017 11:59 MədəniyyətSES musiqi şirkətinin rəhbəri Nahid Emiloğlu səhər saatların instagram sosial şəbəkə hesabından türk müğənnisi Sərdar Ortacla birgə fotosunu paylaşıb. Bir çox türk müğənnilərinin konsertlərinin təşkilatçısı olmuş Nahid bəy paylaşımında həmkarlarını da hədəf alıb. Olaylar.az bildirir ki, Nahid Emiloğlu Sərdar Ortacla birgə olan fotosunun altından bu sözləri yazıb: " Bu sənətçinin bir çox konsertini etmişəm. Şəkil köhnə olsa da, ən səliqəlisi bu idi. İndiki meymunlar danışmasın, nə bilirlər konsert nədi? Bu sənətçi sevir bizim muğamı. Mən də ona illərdi dəstək oldum. Düzdü, qiymətimi bilən olmadı.
İndi gözəl sənətçimiz, sənətinə heyran olduğum Könül Xasıyeva repertuarından oxuyacaq. Könül xanıma allahdan şəfa diləyirəm. Sərdar Ortac, sənə dərin təşəkkürlər".
Qeyd edək ki, məşhur türk müğənnisi Sərdar Ortac ötən gün Muğam televiziya müsabiqəsinin laureatı Güllü Muradovanın müsabiqə zamanı ifasının videosunu, bu səhər isə Könül Xasıyevanın, Pünhan İsmayıllının və ATV kanalında yayımlanan "Nanəli" verlişindən videolar paylaşıb.