Fiziki məhdudiyyətli aktyorlar növbəti dəfə SƏHNƏDƏ
Dekabrın 19 – da Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv “ƏSA” teatrı Opera və Balet Teatrında yeni tamaşasını nümayiş etdirəcək. Teatrın baş meneceri Nicat Qulamın Olaylar.az – a verdiyi məlumata görə, Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan tamaşa teatrın birillik fəaliyyətində üçüncü olacaq.
1 Dekabr 2017 12:47 Teatr və kinoDekabrın 19 - da Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv "ƏSA" teatrı Opera və Balet Teatrında yeni tamaşasını nümayiş etdirəcək.
Teatrın baş meneceri Nicat Qulamın Olaylar.az - a verdiyi məlumata görə, Amerika yazıçısı Con Steynbekin "Adamlar və siçanlar" əsəri əsasında hazırlanan tamaşa teatrın birillik fəaliyyətində üçüncü olacaq.
Tamaşada teatrın on aktyoru çıxış edəcək. Əsas rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Orxan Adıgözəl, Riyad Sultanov, Səmayə Ağayarova, İmran İqbalıyev, Günay Məmmədova və Fərid Əliyev oynayacaqlar. Konsertmeyster isə Fidan Babayevadır. Layihədə multimedia işlərini Eltac Zeynalov həyata keçirəcək.
ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə səhnələşdirilən tamaşanın quruluşçu