Mədəniyyət
Əkizlər bu dəfə Röyanı təkrarladı – FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün Sevil-Sevinc Səfərovalar “Nədir dərdin” mahnısına çəkdirdikləri klipə təqdimat mərasimi keçiriblər.
"Şəhrizad" baletinin tamaşası nümayiş olundu
Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.Rinski-Korsakovun "Şəhrizad" baletinin tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, balet tamaşasında əsas rolları truppanın aparıcı solistləri - Elmira Süleymanova (Zübeyda) və Əməkdar artist Samir Səmədov (Zübeydanın sevimli qulu) ifa ediblər.
Kərimdən xanımına "Sevgililər günü" hədiyyəsi
Müğənni Kərim Abbasov “Həyat yoldaşı” adlı klipini təqdim edib. Məlumata görə, sənətçi bildirib ki, mahnının musiqisi özünə, sözləri Nüsrət Kəsəmənliyə aiddir. Kərim bəstəni “Sevgililər günü”ndə həyat yoldaşına hədiyyə etdiyini deyib:
“Faiq Ağayevi sevirəm” - 4 uşaq anası Elnarə Xəlilova - VIDEO
2 insana eşq etiraf etmək istəyirəm. ARB TV-nin "Sayqa İlə bu axşam" proqramının növbəti qonaqları xalq artisti Faiq Ağayev və müğənni Elnarə Xəlilova olub.
Əməkdar artistin qızı ilə kürəkəni gəzintidə - Özəl fotolar
Əməkdar artist Elza Seyidcahanın qızı Gülşən ailəsi ilə birgə gəzinti zamanı fotokameramıza tuş gəlib. Gülşən həyat yoldaşı Elxan və qızı Səmərrüxla gəzintiyə çıxdıqlarını deyib: “Uşağı tez-tez havaya çıxarırıq. Bu gün də alış-veriş etməyə çıxmışdıq, həm də özəl gündür. Yoldaşım Elxanın mənə sürprizi var. Səmərruxsuz da sürpriz olmaz deyə, onu da özümüzlə götürdük”.
Əməkdar artist qadın tərəfindən şantaj olundu - VİDEO
Space televiziyasında yayımlanan "Nahara qədər" verilişinin qonağı olan tanınmış aktyor və teleaparıcı əməkdar artist Əkbər Əlizadə özü ilə bağlı şok fakt açıqlayıb. Bir qadın aparıcını şantaj edərək, anası olduğunu iddia edib: "Bu faktı heç yerdə açıqlamamışam, ilk dəfədir ki, burda deyirəm. Canlı veriliş gedə-gedə mənə dedilər ki, anan gəlib, səni qapıda mühafizəçilərin yanında gözləyir.
“Mənə onun lüt bədəni lazım deyil” – Lalə Məmmədova – VİDEO
ARB TV-nin “Virtual Həyat” proqramının növbəti müsahibi Əməkdar artist Lalə Məmmədova olub. Müğənni və model Afaq Aslanla aralarında yaranan gərginlikdən danışan Lalə Məmmədova, yenə də Afaq haqda eyni düşüncədə olduğunu söyləyib: “Model Afaq Aslan haqda bir söz dedim, ancaq sənətlə bağlı dedim. Dedim ki, sənət göstərsinlər, mənə onun lüt bədəni lazım deyil.
“Elza Seyidcahanı sevirdim” – Vasif Məhərrəmlidən etiraf - VİDEO
Vasif Məhərrəmli gənclik illərində əməkdar artist Elza Seyidcahana aşiq olduğunu etiraf edib. Müğənni ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı olub. O, verilişdəElza Seyidcahana olan sevgisindən danışıb: “Elzanı dəli kimi sevməmişəm amma sevmişəm. Elza xanım tək mənim yox, konservatoria oxuyan vaxtlarda bütün tələbə yoldaşlarımızın xoşuna gəlirdi.
Nüşabənin əri ilə FOTOsu tənqid edildi
Əməkdar artist Nüşabə Ələsgərli son günlər həyat yoldaşı ilə tez-tez fotolarını paylaşır. Ötən gün müğənni yenidən əri ilə şəklini İnstaqram-da yerləşdirib. Nüşabə eyni zamanda həyat yoldaşının 14 fevral - Sevgililər günü münasibətilə onun üçün aldığı hədiyyənin də görüntülərini yayıb.
Mətanəti sevən kişi illər sonra qarşısına çıxdı - Canlı yayımda GÖZLƏNİLMƏZ QONAQ - VİDEO
Dünən "5/5"-də əməkdar artist Mətanət İsgəndərli sürprizlə qarşılaşıb. Verilişin aparıcısı Zaur Kamalın Mətanətə "Sevgililər günü"ndə etdiyi bu sürpriz onun yadından asan çıxacaq kimi görünmür. Belə ki, aparıcı müğənniyə onu gəncliyində sevən bir kişinin illər sonra "Sevgililər günü" ilə bağlı ona müraciət etdiyini deyib. Zaur ailəli, artıq nəvə sahibi olan həmin şəxsin kameralarına etdiyi etirafı monitorda nümayiş etdirib. Mətanət İsgəndərli baş verənləri heyrət içində izləyib.
Misir dünya uşaqlarının gözü ilə…
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Misirdə keçirilmiş “Misir dünya uşaqlarının gözü ilə” adlı beynəlxalq rəsm müsabiqəsində qalib gəlmiş azərbaycanlı gənc rəssamların mükafatlandırılması mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi çıxışında bildirib ki, Misir dünya uşaqlarının gözü ilə adlı rəsm müsabiqəsi 1990-cı ildən etibarən keçirilir. “Hər il bu beynəlxalq müsabiqədə 140-dan çox ölkə iştirak edib. Son illər Azərbaycan təmsilçilərinin yüksək nailiyyətlər əldə etməsi çox qürürverici bir haldır.
Mətanət İskəndərlinin 30 il öncəki "sevgilisi" üzə çıxdı - Efirə gəldi... - VİDEO
Rəssam Soltan Soltanlının “İrrealizm” adlı rəsm sərgisi açılacaq
Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə fevralın 19-dan 23-dək institutun sərgi salonunda Azərbaycan Rəssamlar Birliyinin üzvü, tanınmış rəssam Soltan Soltanlının “İrrealizm” adlı rəsm sərgisi açılacaq. Soltan Soltanlının mənsub olduğu, yaranması üçün çalışdığı irrealizmin əsas məqsədi dünyaya, həyata dərin idraki, fəlsəfi və məntiqi baxış, yanaşmadır. Rəssam öz fantaziyalarına inanır və təsvir etdiyi hadisələrin gerçəkdən ola biləcəyinə tamaşaçıda inam yaradır. Bu təsvirlər qeyri-realdır. Ona görə, o, öz əsərlərini “irreal” adlandırır və ilk dəfə olaraq bu termini rəssamlığa gətirir.
Rəqsanə nikah kağızını göstərdi- Heç kimin ailəsini dağıtmamışam
Ötən gün müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəylə görüntüləri yayılmışdı. Onun bu videosu müzakirələrə səbəb olub. Hər kəs Rəqsanənin ailəli biri ilə münasibətdə olduğunu yazıb. Bu tənqidlərdən əsəbiləşən Rəqsanə instagram sosial şəbəkə hesabından nikah şəhadətnaməsini paylaşıb. Sənətçi rəsmi nikahda olduğunu deyərək bunları yazıb:














