Oğlundan Brillianta etiraz: "Kimdir onu eşidən, sevdiyim qızla evlənəcəm"

Xalq artisti Brilliant Dadaşovanın Türkiyədə yaşayan oğlu Cahad tədbirlərin birinə anası ilə qatılıb.

Cahad suallarımızı da cavablandırıb:

- Cahad bu gün nə işlə məşğuldur?

- Türkiyədə universiteti bitirdim və hazırda dissertasiya yazıram.

- Orada qalmağı düşünürsən, yoxsa Azərbaycanda?

- Yenidən Türkiyəyə qayıdacağam, amma həmişəlik yox. Azərbaycanda yaşamağı düşünürəm.

- Bir müddət öncə əcnəbi qızla fotoların yayıldı. Onunla evli olmağın barədə də söz-söhbətlər gəzdi...

- Yalan xəbər idi, subayam.

- Evlənərkən ananızın fikri ilə hesablaşacaqsız?

- Yox. Öz fikrim əsas olacaq.

- Heç məsləhət edirmi ki, "ay oğlum, gəl bu qızı sənə alaq"?

- Anam o qədər qız sayır ki, amma onun sözünə qulaq asan yoxdur? (gülür) Kimdir onu eşidən? Sevdiyim qızla evlənəcəm.

- Heç dəli sevgi yaşadınmı?

- Bu, lap çoxdan olub - 7-8-ci sinifdə oxuduğum zamanlarda. Həm də nakam sevgi olub.

- Sənin üçün rəsmi nikah önəmlidir, yoxsa vətəndaş nikahı ilə yaşamağa üstünlük verərdin?

- Hər halda, ənənələrə hörmət etmək lazımdır. İnsanla ailə qurursan, itlə yox ki...

- Yəqin dostluq etdiyin qızlar arasında əcnəbi xanımlar da var. Onlardan biri ilə evlənməyi düşünürsən?

- Yox, azərbaycanlı qızla evlənəcəm. Çünki bizim qızlar daha başadüşəndir.

- Yalnız buna görə?

- Bizim qızlar sədaqətli olur və bilirsən ki, sona qədər sənə sadiq qalacaq.

- Qızın zahiri gözəlliyi sənin üçün önəmlidir?

- Əlbəttə, mənim üçün gözəllik mütləqdir.

- Yaraşıqlı oğlansan, heç özünü aktyor kimi sınamaq istəmisən?

- Bunun üçün həm də istedad lazımdır. Kastinqlərə getməmişəm.

- Hansı müğənniləri daha çox dinləyirsən?

- Xarici musiqiləri dinləyirəm. Bütün günü caza qulaq asıram.

- Bəs ananızın ifa etdiyi mahnılara necə...

- Xoşuma gələn mahnıları var. "Qol" mahnısını dinləməkdən doymuram.

- Anan gözəl qadındır. Onu qısqanırsan?

- Əlbəttə.

- Heç olubmu demisən ki, ana bu paltarı geyinmə, bir az açıq-saçıqdır?

- Yox, əsəbiləşər onda, ayaqqabısını üstümə atar.

Yenicag.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31