Mədəniyyət
“Şairi söz ucaldır” – İslam Səfərli
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı filialında nəğməkar şair, dramaturq, Əməkdar İncəsənət Xadimi İslam Səfərlinin 95 illiyi münasibətilə “Şairi söz ucaldır” adlı “dəyirmi masa” təşkil edilib. Baş İdarədən Olaylar.az -a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları kitabxanada təşkil olunmuş İslam Səfərlinin əsərlərindən ibarət “Pıçıldaşan ləpələr” adlı kitab sərgisi ilə tanış olublar.
Azərbaycanlı aktrisa hamilə ola-ola soyuq suda filmə çəkilidi: Analıqdan məhrum oldu
Məşhur azərbaycanlı aktrisa Səfurə İbrahimova “Alma almaya bənzər” filminin çəkilişlərində bədbəxt hadisə yaşayıb.
Cümhuriyyət ili çərçivəsində növbəti müsabiqə
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyi və “Olaylar” İnformasiya Agentliyi və Azpress - Video-foto İnformasiya Agentliyinin informasiya dəstəyi ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi elan edir.
25 il efirdən uzaq düşən xalq artisti ağladı: “Kövrəldim”
ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı xalq artisti Səfurə İbrahimova olub. 25 il sonra efirə gələn xalq artisti göz yaşlarını saxlaya bilməyib: "Çoxdandır görmürdüm. Ona görə kövrəldim. Deyəsən bu verliş mənə həsr olunub”. Həmin görüntüləri təqdim edirik.
Tənhalıqdan gileylənən 57 yaşlı azərbaycanlı aktrisa: Ona vurulmuşdum - VİDEO
Tanınmış aktrisa, əməkdar artist Nahidə Orucova bu gün "Səhər-Səhər" verilişində maraqlı etiraf edib.
Azərbaycanlı rəssamın yaradıcılığı London Moda həftəsində
Azərbaycanlı rəssamın əsərləri Leoni Mergenin moda konsepsiyası çərçivəsində təqdim olunub. Olaylar.az bildirir ki, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri Arif Əziz beynəlxalq səviyyədə tanınmış ən nüfuzlu azərbaycanlı rəssamlardan biridir. Arif Əzizin yaradıcılığı zəngin və çoxşaxəlidir. Öz “sərbəst özünüifadəsi” ilə tanınan rəssamın qeyri-adi və unikal yaradıcılıq üslubu gənc alman modelyeri Leoni Mergenin diqqətini çəkərək 2018 London Moda Həftəsində nümayiş etdirilmiş kolleksiyasında öz əksini tapıb. Bu kolleksiya modelyerin 2017-ci ildə Berlin və London moda həftələrində nümayiş etdirilmiş və tənqidçilər tərəfindən bəyənilmiş “Qarabağ Kolleksiyası”ndan sonra ərsəyə gətirilən sayca ikinci layihəsidir. Hər iki layihə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə həyata keçirilib.
Şəbnəm Tovuzlu həyat yoldaşının namaz qılarkən videosunu çəkib - YAYDI
Qalmaqallı müğənni Şəbnəm Tovuzlu evindən maraqlı görüntülər paylaşıb. müğənni həyat yoldaşının evdə namaz qılarkən çəkilmiş videosunu paylaşıb. Şəbnəm Tovuzlu hər bir evdən azan səsinin gəlməsini diləyib.
“Niyə Röyaya mesaj yazırsan, mənə yox?”
"W-Trio"nun keçmiş üzvü, müğənni Elnarə Xəlilova "ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasına qonaq olub. O, proqramda illər əvvəl həmkarı Natavan Həbibidən küsmə səbəbini açıqlayıb: "Naqqılı (Natavan Həbibi-red.) ilə münasibətimiz yoxdur. Mən kin saxlaya bilmirəm, evimin qapısı ona hər zaman açıqdır. Bu insanla çörək kəsmişik, bir yastığa baş qoymuşuk, bir-birimizin paltarlarını geyinmişik. Yadıma gəlmir ki, şəxsən harasa dəvət etsinlər, ora getməyim.
Tacir çox gənc görsənən həyat yoldaşı barədə: Məni bəyənmir - VİDEO
Həyat yoldaşım məni bəyənmir. Bunu ötən gün "Evdəkilərə salam" verilişində müğənni Tacir Şahmaloğlu deyib. Müğənni çəkiliş heyətini yeni tikdirdiyi villasında qəbul edib.
Məşhur müğənninin ailəsində ağır itki
Əməkdar artist Cavanşir Məmmədovun ailəsinə ağır itki üz verib. Olaylar.az bildirir ki, əməkdar artistin anası Güllü Məmmədova bu gecə dünyasını dəyişib.
Əməkdar artist 30 il əvvəl müəllimi ilə birlikdə
“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə 27 mart – 2 aprel 2018-ci il tarixlərində İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək. Olaylar.az bildirir ki, müsabiqədə münsiflər heyəti kimi Rusiyanın xalq artisti Viktor Pelenyaqre, Rusiya və Tatarstanın xalq artisti Renat İbrahimov, bəstəkar, pianoçu,Litva musiqi akademiyasının professoru Arturas Ankskauskas, Vilnüs musiqi akademiyasının professoru, Litva-Avstrya cəmiyyətinin prezidenti Petras Kunka və festivalın fəxri qonağı qismində Fabio Lamborqini iştirak edəcəklər.
"...ayağımın altına salıb təpikləyərəm" - Nura Damlanı tənqid etdi
Müğənni Nura Suri sosial media hesabında yerləşdirdiyi paylaşımı ilə həmkarı Damlaya söz atıb. O, Damlanın avtomobildə ağlayaraq lentə alınmış videosunun gizlin çəkilmədiyini və özünü bununla piar etdiyini deyib:
Tanınmış aparıcı ATV-də
Tanınmış aktyor və aparıcı, əməkdar artist Əkbər Əlizadə ATV telekanalında işə düzəlib. Onun hansı verilişdə çalışacağı hələlik bəlli deyil.
“Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində konsert-tamaşa
Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Aşıq Ələsgərin saz-söz dünyası”adlı konsert keçirilib. Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” adlı möhtəşəm layihənin növbəti konsert-tamaşa təqdim edilib.










.jpg)


