Mədəniyyət
"Qızım ərə gedəndən nə evində olmuşam, nə də zəng vurmuşam" - Könül
Ötən ilin noyabrında qızı Ləmanı Ağcabədiyə ərə verən Könül Kərimova "Xəzər Maqazin”ə maraqlı açıqlamalar verib. Müğənni qızı üçün narahatlıq keçirmədiyini və toydan sonra ona zəng vurmadığını deyib: "Qızım ərə gedəndən hələ onlara gedib-gəlməmişəm. Səmimi etiraf edim. Yersiz narahat olan adam deyiləm. Hər şeyə görə özümü narahat, səbirsiz hiss edim – bu, məndə belə deyil. Qız köçürən analar var ki, qızı evdən köçən kimi arxasınca zəng-filan vurur. Mən heç zəng də eləmirəm. Bilirəm ki, yaxşıdır”.
“Kitabi Dədə Qorqud” dastanının Vatikan nüsxəsi nəşrə hazırlanıb
Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi “Kitabi Dədə Qorqud” dastanının Vatikan nüsxəsi “XAN” nəşriyyatının “Milli ədəbiyyat” silsiləsində çap olunacaq. Olaylar.az bildirir ki, dastanın Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir.
Qaliblərdən möhtəşəm konsert
Heydər Əliyev Sarayında 2005-2017–ci illər Muğam Televiziya müsabiqəsi qaliblərinin konserti olub. Saraydan Olaylar.az – a bildirilib ki, konsertdə Muğam Televiziya müsabiqələrinin qalib və laureatları Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Xətai Hacıyev, Zümrüd Məmmədova, Ramiq Bayramov, Gülnar Qüdrətli, Babək Quliyev, Nisbət Sədrayeva, Məhəbbət Səfərov, Sədəf Budaqova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı, Səma Sultanova, Valid Abdullayev və Nurlan Namazov iştirak ediblər.
"İlhamənin qızıllarının saxlanıldığı otağın açarı məndə" - Əli Mirəliyevdən ŞOK AÇIQLAMA - VİDEO
Bu gün "Səhər-Səhər" verilişində Əli Mirəliyev yenidən mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı maraqlı açıqlamaları ilə diqqət çəkib. O, İlhamə Quliyevanın ölümündən öncə anasının tez-tez gözünə göründüyünü deyib.
"O, lazımi yerdən cavabını alacaq, pulu da verməyəcəyik" - Şəbnəm
Müğənni Şəbnəm Tovuzlu “Hər şey daxil” verilişinə zəng edərək ona borclu olduğunu deyən satıcı qadının pulunu qaytarmayacaq. Bunu ifaçı “Xəzər Maqazin”ə açıqlamasında deyib:
Türk dünyasının Bəxtiyarı
Xalq Şairi, görkəmli dramaturq Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı “dəyirmi masa” keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə şairin adını daşıyan “Bəxtiyar meydanı”ndakı büstü önünə gül dəstələri qoyublar. Sonra tədbir mərkəzi kitabxananın oxu zalında davam etdirilib. Tədbirdə Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəryəbəyli çıxış edərək şairin həyat və yaradıcılığından danışıb.
Rəssam Soltan Soltanlının “İrrealizm” adlı rəsm sərgisi açılıb
Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə fevralın 19-da institutun sərgi salonunda tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Soltan Soltanlının “İrrealizm” adlı fərdi sərgisinin açılışı olub. Sərgidə ölkəmizdəki xarici diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Mərasimdə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir çıxışında qeyd edib ki, sərgidə nümayiş olunan əsərlərin xeyli hissəsi ötən il çəkilib və həmin əsərlər dərin məzmun kəsb edir: “Rəssam ən dərin fəlsəfi əsəri elə sadə çəkməlidir ki, tamaşaçı onu dərk etməkdə çətinlik çəkməsin.
Ayağımın altına salıb təpikləyərəm - Nura Damlanı tənqid etdi
Aygün Bəylər məhkəmədə iştirak etmədi
Əməkdar artist Röya Ayxanın həmkarı əməkdar artist Aygün Bəylərə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Bu gün Səbail Rayon Məhkəməsində baş tutan prosesə Aygün Bəylərin gəlmədiyi məlum olub. Hakim bildirib ki, Aygün Bəylərin özünün də məhkəmədə iştirak etməsi lazımdır.
Haqqında yayılan iddialara son nöqtəni qoydu
Müğənni Murad Boz idman salonundan çıxarkən görüntülənib. İfaçı aktyor Burak özçivitlə küsülü olması xəbərlərinə son nöqtəni qoyub. O, haqqında yayılan “Kardeşim benim 2”nin gözlənilən reytinqi yığmaması və bunda Burakın onu günahlandırması iddasına belə cavab verib: “Reytinqə görə dostluq biətr? Belə bir şey ola bilərmi? Dostluq əgər bu səbəbdən bitərsə, heç olmasın, daha yaxşı. Fahriye də, Burak da sevdiyim dostlarımdır”.
Əli Mirəliyev onun ölümünə hönkür-hönkür ağladı - Video
Elariz: "O verilişə çıxmağıma görə peşman oldum"
Müğənni Elariz Məmmədoğlu Lider TV-də yayımlanan "7 gün” verilişinin qonağı olub. Müğənni çağırıldığı verilişlərə getmədiyini deyib: "Bu yaxınlarda bir verilişə qatıldım.
Nə danışa, nə də yeriyə bilir... - Bəstəkarın xanımı
Tahir bəy yavaş-yavaş hərəkət edir, ayağını tərpədir. Həkimlərimizin səyi nəticəsində vəziyyəti xeyli düzəlib. Bu sözləri bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin həyat yoldaşı Aybəniz Əkbər deyib. Sənətçinin səhhəti barədə danışan Aybəniz xanım bildirib ki, Tahir bəy hələlik nə danışa, nə də yeriyə bilir:
"Daha gücüm yoxdur" - Konsertə hazırlaşan xalq artisti - VİDEO
"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan xalq artisti Könül Xasıyeva maraqlı açıqlamalar verib. O, zarafatcıl olduğunu dilə gətirib: "Zarafatsız həyat mümkün deyil. Mən həmişə tamaşaçılarımın qarşısına ciddi formada çıxmışam. Yenə də ciddiyəm. Şəkiliyik də. Bu zarafatcıllığa şəkili olmağımız da təsir göstərir. Mən yumoru sevən insanam".
Səid Rüstəmovun mahnıları səslənəcək
Matın 14-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq Artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert təşkil olunacaq. Konsertdə sevilən müğənnilərin ifasında bəstəkarın bir-birindən gözəl mahnıları səslənəcək. İfaçıları Əməkdar kollektiv Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına və Niyazi adına orkestrləri müşayiət edəcəklər.














