Mədəniyyət
Heydər Əliyev Sarayda “Danışan Pişik Tom və dostları”
Martın 10-11-də Heydər Əliyev Sarayında Moskva İri Kuklalar Teatrının təqdimatında uşaqlar üçün ilk dəfə “Danışan Pişik Tom və dostları” interaktiv, əyləncəli və musiqili tamaşa təqdim ediləcək. Saraydan verilən məlumata görə, tamaşada uşaqlar və valideynləri müasir və texniki cəhətdən mükəmməl şou, səs və vizual xüsusi effektlər, oyun və ünsiyyət, interaktiv ekran, rəqs, əyləncə, musiqi və digər unudulmaz sürprizlər gözləyir. İnteraktiv tamaşada yeni texnologiyalar və proyesiyadan istifadə olunacaq.
Xocalı soyqırımı qurbanlarının 26-cı ildönümü anılacaq...
Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının 26-cı ildönümü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında anılacaq . Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılarında Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Teatrının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilən tədbir keçiriləcək. Tədbir çərçivəsində teatrın repertuarında yer alan S. Elsevərin Xocalı faciəsinə həsr edilmiş “Arzu və Murad” tamaşası nümayiş olunacaq. Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri ilə yanaşı Xocalı şəhərinin sakinləri, faciənin iştirakçısı olan şahidlər iştirak edəcək.
Sibel Can haqqında inanılmaz İDDİA - Nənəsini küçəyə atdı
Müğənni Sibel Canın alzeymer xəstəliyindən əziyyət çəkən nənəsinə baxmadığı iddia edilib. Anası Əminə Gül Sezəri 2006-cı ildə itirən sənətçi təsəllini nənəsində tapmışdı. Nənəsinə doğulduğu Karagümrükdə ev verən Sibel Can digər qohumları üçün düşünərək altında dükanı olan üç mərtəbəli bina almışdı. Müğənni bu mənzillərindən birini dayısına digərini isə Alzeymer xəstəsi olan nənəsi vermişdi.
“İstəmirəm ki, evdə ögey ata olsun” - Nura Suri - VİDEO
ARB Ulduz-un "Virtual həyat" verilişinin növbəti qonağı müğənni Nura Suri olub. Müğənni şəxsi həyatı ilə bağlı bir çox qaranlıq qalan məslələrə aydınlıq gətirib: "Əgər həyatımda kimsə olsa, mən onu niyə gizlədim ki? Onu adları qız olan insanlar gizlətsinlər ki, hələ ərə getməyiblər, ailə qurmayıblar. Mən çalışıram ki, fərqli həyat tərzi sürüm. Mən bilmirəm ki, hamı niyə görə fikirləşir ki, bir qadının həyatında kimsə olmalıdır. Qadının həyatında kimsə olması üçün qadın onu sevməlidir. Sevgi isə elə bir şeydir ki, o, mənim əlimdə deyil". Nura oğlunun atası ilə yaşaya bilməmə səbəbini açıqlayıb: "Mən oğlum Davidin atası ilə niyə gedib yaşaya bilmədim. Ona görə ki, mənim böyük övladlarım onu qəbul etmədilər. Üstəlik, o, Azərbaycanda yaşamırdı və böyük övladlarımı qəbul etmək istəmirdi.
Xalq artistindən SƏRT SÖZLƏR: “Anarın və Çingiz Abdullayevin...”
“Cəmiyyət olaraq hamımızın kəskin etirazına səbəb olan bir sıra olayların kökündə tərbiyəsizliyə qarşı ictimai qınağın olmaması durur. Ziyalılar susur, vicdanlı, namuslu vətəndaşlarımız susur, din və dövlət məmurları, millət vəkilləri belə susur. Nədir, necə gerizəkalılıqdır o kitab yandırmaq azarı?"
Nura Suri bütün GİZLİNLƏRİNİ AÇDI: “Evdə ögey ata...”
“Mənə nə sözlər vermişdi” - Mirkamilin aldatdığı gənc xanım efirə gəldi - VİDEO
ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı müğənni Mirkamil Kamilov olub. Heç bir qızı aldatmadığını deyən müğənninin sözünə etiraz olaraq efirə gələn gənc xanım maraqlı açıqlamalar verib: "Mirkamili çox yaxşı tanıyıram. Efirdə izlədim. O dedi ki, mən həyatımda heç bir qızı aldatmamışam. Bu sözlər mənə çox toxundu. O məşhur müğənni ola bilər, insani kefiyyətləri bəs necə?! Şəkillərimiz var idi, amma biz ayrılandan sonra mən bütün şəkilləri telefondan sildim. Mənimlə sevgili olan vaxtlar mənə nə vədlər, sözlər verirdi. Yəqin onun qız fanatları çox olub, ona görə də mən yadında qalmamışam".
Pərvin Abıyeva idman zalında - VİDEO - FOTOLAR
Gözəlliyi ilə hər zaman diqqət mərkəzində olan istedadlı aktrisa Pərvin Abıyevə mütənasib bədən quruluşunu hər zaman formada saxlamaq üçün idmanla məşğul olur. Məlumata görə, tamaşaçıların sevgisini qazanmış aktrisa sosial şəbəkə hesabında məşqdə olarkən çəkilən video və foto görüntülərini paylaşıb.
"Qız da deyilsən. Bəs sənə kim pul buraxacaq?" - VİDEO
Dünən "5/5"-in qonaqlarından biri çoxdandır efirlərdə görünməyən müğənni Elnur Məmmədov olub. Aparıcı Zaur "Dedilər oxumayacaqsan. Sənətdən uzaqlaşmısan dedilər" sözləri ilə müğənniyə müraciət edib. Elnur aparıcının sözlərini gülüşlə qarşılayıb: "Bütün xəbərləri yalnış verirlər də. Qalırsan ki, belə, ay Allah, mən bu sözü demişəm?".
Talıb Tale maşınını əzdi, rəngini dəyişdirdi
Sonuncu “Maşın şou”nun qalibi Talıb Tale avtomobili ilə qəza keçirib. Bunu açıqlamasında ifaçının özü bildirib. O qeyd edib ki, qəza bir müddət öncə olub: “Əmimlə rayondan gəlirdik. Maşını da əmim idarə edirdi. Qarşımıza çaqqal çıxdı, vurduq. Amma çaqqal ölmədi, maşın cüzi əzildi. Mənə deyirdilər ki, o maşını götürmə, o qədər göz var ki… Mən də elə şeylərə inanmıram. Maşını qazanandan sonra hamısı avtomobildən əlini üzdü. İnanmıram ki, gözləri qalsın”.
Məhşur “Qızıl adam” Azərbaycana gətiriləcək
Qazaxstan Respublikasının simvollarından biri “Qızıl adam” adı ilə tanınan tamamilə qızıldan düzəldilmiş paltar geymiş sak döyüşçüsüdür. 1969-cu ildə Qazaxstan arxeoloqu Kamal Akişev tərəfindən aşkar edilmiş “Qızıl adam” bəşəriyyətə qədim türk tayfalarının unikal mədəniyyətinin yeni səhifəsini açdı. Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, runik yazı farqmentləri aşkar olunmuşdur. 2017-ci ilə qədər Qazaxstan arxeoloqları qızıl geyimli daha yeddi belə döyüşçü aşkar etmişdir ki, bu da Avrasiyanın çöl mədəniyyəti haqqında təsəvvürləri tam dəyişmişdir.
"Toya peraşki dəstəsi yığa bilmərəm" - 9 minə toya gedən Nazilə Səfərli - VİDEO
ARB TV-nin "Düz bazar" verlişinin növbəti qonağı tanınmış şairə Nazilə Səfərli olub. Şairə toyalara baha qiymətə getməsinin səbəbini açıqlayıb: "9 minə toya gedirəm. 35 nəfərlik işçi heyətinin arasında 9 mini bölməyi bacaraq.
Müğənni Rəqsanənin dəbdəbəli bağ evindən GÖRÜNTÜLƏR- VİDEO
Unudulmaz dərdimiz – Qarabağ
Fevralın 24 – də Xətai Sənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Ziya” İnsan Hüquqlarının Müdafiə Mərkəzi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə keçirilən Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Unudulmaz dərdimiz – Qarabağ” adlı sərgi-tədbir keçiriləcək. Olaylar.az bildirir ki, tədbirdə təsviri və tədbiqi sənətin bütün növləri üzrə 100-dən çox rəssamın, 150-dən çox işinin nümayişi nəzərdə tutulur. Tədbirdə müxtəlif yaş qruplarında rəssamlar və dekorativ sənət ustaları iştirak edir.
Tolik Elnarənin ərinə zəng elədi: "Çomağı al əlinə, gör neyniyir"
Bir müddət öncə tac üstündə qalmaqal yaşayan prodüser Toliklə müğənni Elnarə Xəlilova barışıb. Lent.az-ın məlumatına görə, ifaçı bu gün prodüserin aparıcılıq etdiyi “Hər şey daxil” verilişində qonaq olub.














