Mədəniyyət
“Qu gölü” baleti yenidən səhnədə
Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq. Tamaşaçıların çox sevdiyi və böyük maraq göstərdikləri bu balet 8 Mart - Beynəlxalq qadınlar gününə həsr olunub. Olaylar.az bildirir ki, tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova və Yakopo Tissi ifa edəcəklər. Qeyd edək ki, Ziqfrid rolunun ifaçısı Y.Tissi İtaliya balet məktəbinin yetirməsidir.
Musiqili Teatrda həftəsonu
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, həftəsonu - 24 fevral saat 19:00 “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva), 25 fevral saat 12:00-da uşaqlar üçün “Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, A.Sadıqov) tamaşaları ana dilimizdə təqdim ediləcək.
Almaniyalı alim mədəniyyətimizi araşdırır
Almaniya Arxeologiya İnstitutunun Avrasiya departamentinin elmi əməkdaşı, doktor Mark İserlis “Şimali Qafqazın Maykop fenomeni: əsasa dönüş” layihəsi əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji fondunda ölkəmizin ərazisində xalkolit (eramızdan əvvəl IV minilliyin əvvəlləri) dövrünə aid keramika məmulatları üzərində araşdırma aparır. Olaylar.az bildirir ki, almaniyalı alimin əsas tədqiqat obyekti Leylatəpə, Fərmantəpə və Alxantəpə qədim yaşayış məskənlərindən aşkar olunan keramika məmulatlarıdır.
Məleykə Əsədova açıq-saçıq geyimi ilə verilişə DAMĞA VURDU
Bu gün xalq artisti Məleykə Əsədova "10-dan sonra" verilişinin qonağı olub. İllərdir formada olmağı bacaran aktrisa qara rəngli, dəridən olan qısa, dekolteli geyimi ilə göz qamaşdırıb.
Əməkdar artistdən efirdə gözlənilməz sözlər: “Başını maşının dalına bağlayıb sürüyərəm”
Xəzər TV-də yayımlanan “5-də 5” verilişində əməkdar artist Elnarə Abdullayevanın aparıcı Zaur Kamalla maraqlı dialoqu olub. Verilişə qonaq çağırılan müğənni Zaurun suallarını cavablandırıb.
Qəzəbindən yerə-göyə sığmayan Elariz: “Salasan təpiyin altına, çırpasan…”
Müğənni Elariz Məmmədoğlu qəzəblənib. O, səsi və sənəti olmayan müğənnilərin gündəmə gəlmək naminə hər vasitəyə əl atdıqlarını deyib. Açıqlama verən müğənni əsl sənətkarların kənarda qalmasından gileylənib: “Ustad sənətkar Yaşar Səfərovdan vokal dərsləri aldım, 5 il musiqi təhsilinə yiyələndim, Mədəniyyət və İncəsənət Universitetində oxudum, bəstəkarlıq istedadım var, rəqs edirəm, psixologiya ilə məşğulam. Amma nolsun, bu gün təhsil, istedad işə yaramır. Buna görə çox peşmanam. Səsi, təhsili, sənəti olmayan müğənnilər düşüb ortalığa, gündəmdə qalmaq üçün gah söyüş söyür, gah kimisə döyür, qalmaqal yaradır. Mənim kimi təhsilli, sənəti olan müğənnilər də kənardan durub baxır. Söz deyəcəksən, irad bildirəcəksən, deyəcəklər, “işi getmir, paxıllığımızı çəkir”. Danışmayacaqsan, belə tərbiyəsizlik, istedadsızlıq baş alıb gedəcək, ortada at oynadacaqlar. Ona görə də adam bilmir neyləsin”.
Maral Tahirqızının ailəsində faciə
Müğənni Maral Tahirqızının bacısı həkim səhlənkarlığının qurbanı olub. Bu barədə ifaçı özü məlumat verib. Onun sözlərinə görə, bacısı Leyla xanım həkim səriştəsizliyi nəticəsində komaya düşüb: "Bacım Leyla Gülməmmədova revmatizmdən əziyyət çəkirdi, oynaqlarında şiddətli ağrılar olurdu.
Tacir həbsdəki Fədayə ilə canlı yayımda duet oxudu - VİDEO
"Hər şey daxil"də duyğulu anlar yaşanıb. Tolik qonağı olan Tacir Şahmaloğludan Fədayə ilə bir duetlərini canlı yayımda ifa etmələrini istəyib. Virtual olaraq Fədayənin ifası səslənib, Tacir isə canlı olaraq öz hissəsini ifa edib. Bu duet hər kəsi kövrəldib.
Azərbaycanlı müğənni gizlicə ərə getdi
Azərbaycan tamaşaçısının "Azəri star" yarışından tanıdığı, daha sonra Türkiyənin "Pop star" yarışında iz qoymağı bacaran Ülviyyə Tağıyeva ailə həyatı qurub.
Almaz Ələsgərlinin qızları - fotolar
Pərvin Abıyevanın Kərimlə bu görüntüləri GÜNDƏM OLDU - VİDEO
Aktrisa Pərvin Abıyeva bu dəfə rəqsi ilə gündəm yaradıb. Aktrisa yaxın dostunun məclisinə qatılıb. Kino ulduzu ziyafətdə müğənni Kərim Abbasovla "Qobustan qayaları" ritmlərinin sədaları altında şıdırğı rəqs edib.
Pərvin Abıyevanın bu geyimi birmənalı qarşılanmadı - Qara sinə dekoltesi
Aktrisa Pərvin Abıyeva yeni fotosunu paylaşıb. Məlumata görə, aktrisa sosial hesabında dərin sinə dekoliteli qara geyimdə fotosunu paylaşıb.
"Kişilikdən xəbəri yoxdur, kişilikdən danışır" - Tolikdən canlı yayımda SƏRT İTTİHAM - VİDEO
Bu gün "Hər şey daxil" verilişinin aparıcısı, prodüser Tolik (Tarix Əliyev) odlu-alovlu sözləri ilə yenə verilişə damğa vurub. Efirə zəng edən xanım tamaşaçı və studiyada qonaq olan Tacir Şahmaloğlunun Tolikin aparıcılığının digərlərindən xeyli fərqləndiyini bildirməsi, aparıcının başqa məqamlara toxunmasına səbəb olub.
Xanəndə və instrumental muğam ifaçılarının V Respublika müsabiqəsi başladı
Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının (AMK) birgə təşkilatçılığı ilə Xanəndə və instrumental muğam ifaçılarının V Respublika müsabiqəsi öz işinə başlayıb. Müsabiqənin ilk turunun birinci hissəsi baş tutub. Müsabiqənin açılış mərasimində AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək bildirib ki, respublika muğam müsabiqələri mədəniyyətimizi bəzəyən qədim muğamı qorumaq adına böyük əhəmiyyət daşıyır və eyni zamanda, gənc istedadlı muğam ifaçılarının özünü göstərə bilməsi üçün əla imkanlar yaradır.
Qadağan olunmuş Azərbaycan filmi təqdim olunacaq
Martın 1-də Nizami Kino Mərkəzində Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimatı olacaq. Filmin təqdimatı, ekran əsrinin ssenari müəllifi görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 110, bəstəkar Qara Qarayevin isə 100 illiyinə təsadüf edir. Təqdimat mərasimi Nizami Kino Mərkəzi ilə Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən “Ədibin evi”nin birgə təşkilatçılığı ilə reallaşacaq.














