Mədəniyyət
“Əzəli dostluq riştələri” sənədli filmi Azərbaycan-Özbəkistan dostluğuna həsr edilib
Sənət dostları xalq artistini yad etdilər
Akademik Milli Dram Teatrının kollektivi Qubada xalq artisti Zərnigar Ağakişiyevanın məzarını ziyarət edib. Olaylar.az bildirir ki, teatrın rəhbər şəxsləri və truppa üzvləri Zərnigar Ağakişiyevanın əziz xatirəsini ehtiramla yad edib, onun ruhuna dualar oxuyublar. Xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Məleykə Əsədova, əməkdar artistlər Sənubər İsgəndərli, Əli Nur, Hicran Nəsirova, Elxan Quliyev, Kazım Abdullayev, Vəfa Zeynalova, aktyorlar Rövşən Kərimduxt, Mətləb Abdullayev, Şəhla Əliqızı və başqaları Zərnigar Ağakişiyevanın Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıblar.
Əməkdar artistin ailəsi bu aktrisaya görə dağılıbmış
Aparıcı Vüsalə Kərimovanın valideynlərini ayırmaqda ittiham etdiyi aktrisanın kimliyi məlum olub. Məlumata görə, bu, uzun müddət Mingəçevir Dövlət Dram Teatrında çalışmış aktrisa Aliyə Mikayılovadır. Bildirilir ki, V.Kərimov Aliyə Mikayılova ilə sözügedən teatrda çalışarkən tanış olublar. Həmin vaxt V.Kərimovun 26, A.Kərimovanın 38 yaşı olub. Mənbə bildirir ki, cütlüyün bu nikahdan bir övladı var:
"Şəbnəmi saxlayan kişidən..." - Canlı yayımda biabırçılıq - VİDEO
Şəbnəm Tovuzlu canlı yayımda biabır olub. Bu gün Xəzər televiziyasının “Hər şey daxil” verilişində qonaq olan Şəbnəm Tovuzluya Səadət xanım adlı bir tamaşaçı zəng edərək, müğənnidən 4 il bundan əvvəlki borcunu tələb edib: “O Şəbnəm var ey Tovuzlu, ona de ki 4-5 il bundan əvvəl Bakıxanov qəsəbəsində əvvəlki ərindən olan qızını saxlayan qadın vardı. Həmin qadına Şəbnəmin 208 manat borcu vardı.
Evli kişilərdən sevgi təklifləri alan aktrisa : “Onun məşuqəsi olmaqdansa…"
"Mağazada çörək satmışam" - Sevdadan etiraflar
54 yaşlı "Təhminə": "Həyatımda heç kim yoxdur"
O qədər qısa geyindi ki... - FOTO
Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə müzakirələrə səbəb olan fotosunu paylaşıb. Aktrisanın qırmızı rəngli şortikli paltarı tənqid edilib. Hər kəs libasın çox qısa olduğunu yazıb.
Uşaqlar üçün on beş adda ədəbiyyat
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Bərpanəşr” layihəsi çərçivəsində 15 adda kitab nəşr olunaraq balacaların ixtiyarına verilib. “Bərpanəşr” layihəsi çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının qızıl fondunda 1 nüsxə qalmış kitablar - Həsən Mehdiyev “Ovçu Səməndərin hekayələri”, Xanımana Əlibəyli “Ağ çəmən”, Teymur Elçin “Balaca Aytən”, Cəfər Cabbarlı “Ölkəm”, Mikayıl Müşfiq “Əhməd, Güllü, Sara, Bəbir”, Nigar Rəfibəyli “Bir cüt xurma ağacı”, Abdulla Şaiq “Yaxşı arxa”, M.Ə.Sabir “Təmsillər”, Simax Şeyda “Təyyarə”, İlyas Tapdıq “Bir evim var”, Şarl Perro “Büllür başmaq”, “Beş qardaş” (ingilis nağılı), “Daşdəmirin nağılı”, Səməd Behrəngi “Balaca qara balıq”, Əli Səttar Atakişiyev “Priklyuçeniya İbraqima” yenidən çap olunub.
Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən təqvim
"Şəhid şəhər" - XOCALI
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dövlət İnformasiya Agentliyinin dəstəyi ilə “ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib. Olaylar.az bildirir ki, müsabiqənin yekun sərgisi fevralın 23 - də, saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.
Bakıda İran filmləri nümayiş ediləcək
Fevralın 23-dən etibarən Bakıda İran filmləri həftəsinə başlanılacaq. Fevralın 27-dək davam edəcək film həftəsi Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Emin Sabitoğlu haqqında yeni kitab
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli bəstəkar, Xalq Artisti Emin Sabitoğlunun həyat və yaradıcılığına həsr edilən kitab nəşr olunub. Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın ərsəyə gətirdiyi kitabda bəstəkarın həyat və yaradıcılığının əsas istiqamətləri, musiqili səhnə, simfonik əsərləri, kinofilmlərə yazdığı musiqilər və mahnılar əks olunub.
"Azərbaycandan Misirə könül körpüsü" adlı sərgi
Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İl boyu bilik" proqramına uyğun olaraq, "Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində "Azərbaycandan Misirə könül körpüsü" adlı tədbir keçirilib. Qobustan rayon A.O. Çernyayevski adına 1 nömrəli şəhər tam orta məktəbində keçirilən tədbiri Bilik Fondunun yerli nümayəndəsi, təhsil ocağının direktoru İmran Sabirov açaraq, yeniyetmə və gənclərin müxtəlif ölkələrin tarixi, mədəniyyəti, təhsili haqqında geniş bilgilər almağa maraq göstərdiklərini vurğulayıb. İ.Sabirov Bilik Fondunun maarifləndirici layihələrə verdiyi dəstəyin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini deyib.














