Mədəniyyət

Azərbaycan-İran istehsalı olan yeni film çəkilib: “Sərhəd, Arpaçay, ayrılıq mahnısı”

28 Fevral 2018 09:29

“Sərhəd, Arpaçay, ayrılıq mahnısı” adlı filmin ekranlara çıxmasına sayılı günlər qalıb. Yeni ekran əsəri İran və Azərbaycanın birgə istehsalıdır. Yeni filmin rejissoru iranlı Əli Abdalidir. Ötən ilin iyun ayından başlayaraq Azərbaycan-İran sərhədində çəkilmiş filmdə hər iki ölkənin aktyorları rol alıblar. Baş rollardan birini azərbaycanlı aktyor Əmrah Dadaşov ifa edib.

Kamil Cəlilovun 80 illiyi qeyd ediləcək

28 Fevral 2018 09:24

Martın 1-də Beynəlxalq Muğam Mərkəzində qocaman qoboy ifaçısı, Xalq Artisti, “Şərəf” və “Şöhrət” ordenli Kamil Cəlilovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Tədbirdə sənətkarın ömür yolundan, Azərbaycan milli ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətində gördüyü işlərdən danışılacaq və repertuarında olan musiqilər səsləndiriləcək.

“Çölçü”  “Ən yaxşı bədii film” mükafatına layiq görülüb

28 Fevral 2018 09:22

Rejissor Şamil Əliyevin “Çölçü” filmi 6-cı “Virgin Spring Cinefest” beynəlxalq festivalında fevral ayının “Ən yaxşı bədii film” mükafatına layiq görülüb. Ekran işi “Golden Galaxy Award” mükafatının nominantı statusunu qazanıb. Mükafatın təqdimetmə mərasimi 2018-ci ilin oktyabr ayında Hindistanın Kolkata şəhərindəki Rotary Sadan mərkəzində keçiriləcək.

Müerreq sənət nümunələrindən ibarət sərgi 

28 Fevral 2018 09:15

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində hazırda Bakıda yaşayıb fəaliyyət göstərən iranlı sənətkar Həsən Hadızadənin fərdi sərgisi keçirilib. Olaylar.az bildirir ki, sərgidə müərrəq qədim şərq sənəti nümunələri təqdim olunub. Universitetin professor, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə çıxışçılar bu ecazkar sənətin tarixindən, təşəkkülü və Azərbaycanda olan nümunələrindən danışıblar.

Məşhur aktyor Bakıda - FOTO

28 Fevral 2018 09:16

Məşhur türk aktyoru Savaş Özdemir Bakıya gəlib. " İlk dəfədir ki, Azərbaycanda oluram. Bakı həqiqətən gözəl şəhərdir. Sabah " Məlahətli söhbətlər" verilişində çəkiləcəyəm. Bakıya gəlişimin səbəbi də elə bu verilişdir. Onu da deyim ki, bu verilişdə çəkilib Türkiyəyə gələn həmkarlarım sizin sənət adamlarından ürək dolusu danışır.

"Anormal mahnılar oxuyurlar" - Nigar biabır etdi

27 Fevral 2018 18:14

“Eurovision 2011” qalibi Nigar Camal şou-biznesin getdikcə bayağılaşmasından gileylənib. Müğənni “ATV maqazin onlarla” verilişində yeni çıxan sənətçiləri pisləyib: “Ən pisi odur ki, belə mahnılar məşhur olur, insanlar qulaq asır.

AXC-nin xarici siyasəti mövzusunda  seminar

27 Fevral 2018 16:09

Milli Azərbaycan Tarixi Muzeyində  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyilə mütəmadi olaraq Cümhuriyyət və maarifçilik, multikulturalizm mövzularında tələbə və məktəblilər üçün tədbirlər keçirilir. Muzeydə təşkil olunan seminarda “Azərbaycanda Dövlət Gənclər siyasəti və AXC-nin xarici siyasəti” mövzusunda Muzeyin elmi işçiləri - Əli Fərhadov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” və “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabları haqqında”, t.ü.f.d. Bəhman Kərimov “Azərbaycanda gənclər siyasəti”, t.ü.f.d. Fuad Ağayev “AXC-nin xarici siyasəti” mövzusunda məruzələrlə çıxış ediblər.

“Gəlib onun əlindən öpüb, baş əysin” – Elzadan ismarış - VİDEO

27 Fevral 2018 15:28

ARB Ulduz-un “Virtual Həyat” proqramının növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub. Müğənni onu təkrarlamağa çalışanlara ismarış göndərib: “Artıq məni təkrarlamağa başlayıblar. Nə qədər təkrarlasalar da, o insanlar necə gəliblərsə, elə də yadda qalıblar. Mən bundan sonra nə qədər dəyişsəm də, Elza necə gəlib elə yaddadır. Sizin özündənrazı, “kübar”, “xanım” tərzləriniz boş şeydir. Biz necə gəlmişiksə, elə qəbul olunmuşuq.

Rafiq Quliyevin doğum günüdür

27 Fevral 2018 15:22

27 fevral kinooperator, rejissor, ssenarist, prodüser və montaj rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Rafiq Quliyevin doğum günüdür. Rafiq Quliyev  1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışmağa başlayır. 1981-ci ildəAzərbaycan Dövlət İncəsənət İnstitutunu, 1987-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun "Kinooperatorluq" fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Sənət Mərkəzində növbəti sərgi - “Baharı birlikdə qarşılayaq!”

27 Fevral 2018 15:20

Martın 3-də saat 14:00-da Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin “Baharı birlikdə qarşılayaq!” adlı sərgisinin həyata keçirilməsi nəzərdə tutulub. Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müdriyyətinin, incəsənət xadimlərinin və rəssamların, həmçinin kütləvi informasiya vasitələrinin mənsublarının iştirakı nəzərdə tutulub. Sərginin açılışı Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusiflinin açılış nitqindən sonra baş tutacaq. Sərgidə 25-dən çox şagirdin 70-dən çox rəsm əsərlərinin nümayişi nəzərdə tutulmuşdur.

Bu gün meyxanaçı Zarinanın toyudur - FOTOLAR

27 Fevral 2018 15:01

Rusiyada yaşayan azərbaycanlı meyxanaçı Zarina Tağıyeva ailə həyatı qurur. Bu barədə xanım meyxanaçı öz şəxsi İnstagram hesabında məlumat verib. O, gəlinlik donunda fotosunu izləyiciləri ilə bölüşüb.

“Oyuq”çulardan xeyriyyə konserti

27 Fevral 2018 14:45

28 fevral saat 16:00-da A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xeyriyyə konsert –tamaşa olacaq. Olaylar.az bildirir ki, konsertdə teatrin aktyorlari, Oyuq teatr-studiyasinin istedadli yetirmələri və tanınmış  müğənnilər bir araya gələcəklər.

Rahidənin bədən quruluşu kişi aparıcını HEYRƏTLƏNDİRDİ - Elə bil ilan boğazından çıxıb

27 Fevral 2018 14:41

Uzun illər efirlərdən uzaq düşdükdən sonra yeni görkəmi ilə tamaşaçıların önünə çıxan Rahidə Baxışova bu gün "Səhər-Səhər" verilişinin qonağı olub.

Xalça muzeyində “Öyrən və əylən”

27 Fevral 2018 14:05

Azərbaycan Xalça Muzeyində  Novruz bayramı münasibətilə fevralın 27-dən başlayaraq çərşənbələrə həsr olunan tədbirlər təşki olunacaq. Olaylar.az bildirir ki,  Novruz bayramına qədər dörd ünsürlə bağlı olan Su, Od, Hava, Torpaq çərşənbəsi günlərində muzeydə ziyarətçilər üçün xüsusi proqramlar təqdim olunacaq. Tədbirlər proqramında öyrədici və əyləncəli tədbirlər, o cümlədən ustad dərsləri və müxtəlif maraqlı təlimlər olacaq. Eyni zamanda, Bakı şəhərinin müxtəlif məktəblərini təmsil edən şagirdlər rəqs, mahnı, şeir və digər özfəaliyyət bacarıqlarını nümayiş etdirəcəklər.

Əməkdar artist gizlinləri açdı

27 Fevral 2018 13:15

Mərhum xalq artisti ölümündən əvvəl küsülü olduğu həmkarı Nazpəri Dostəliyevaya ilə barışmaq istəyib. Əməkdar artist Firuzə İbadova İ.Quliyeva ilə bağlı gizlinləri açıqlayıb. Onun sözlərinə görə, mərhum xalq artisti ölümündən əvvəl Nazpəri Dostəliyevaya zəng edib: “İlhamə xanım elə sərt, qəddar görünməsinə rəğmən, həddən artıq mülayim, kövrək bir insan olub. Bunu onu yaxından tanıyanlar gözəl bilir.