Mədəniyyət
Cərrah azərbaycanlı aktrisaya narkoz verib aldatdı - Əməliyyat masasında ... - VİDEO
Əməkdar artist Tünzalə Əliyeva ötən gün "5/5" verilişinin qonağı olub. Aparıcı Zaur Kamal bir həftə öncə ikinci dəfə mədəkiçiltmə əməliyyatı etdirən xanım aktrisa ilə bağlı maraqlı faktı açıqlayıb. Aparıcı canlı yayımda "Toppuş bacı"nın ilk dəfə mədəsini kiçiltmək istəyərkən həkimin əməliyyat masasında fikrini dəyişdiyini deyib: "3-4 il əvvəl Tünzalə xanım mədəkiçiltmə əməliyyatına gedir. Həkim mədəni açır, görürlər ki, bu iş onlarlıq deyil. Yenidən tikirlər, aldadırlar ki, mədəni kiçiltdik".
Vüsalə: Arvadının nömrəsini qonşulara versəm, xoşuna gələr?
Tanınmış aparıcı Vüsalə Kərimovanın mobil nömrəsi icazəsiz olaraq yaşadığı binanın sakinləri ilə paylaşılıb. “Azərsu”nun Mahir adlı əməkdaşı su sayğacının kodunu rahat əldə etmək məqsədilə binada yaşayan insanların şəxsi nömrələrindən ibarət “Whatsapp” qrupu yaradıb.
Yeni formatlı metodiki vəsaitlər
Mədəniyyət müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi və orada çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin dəstəklənməsində böyük əhəmiyyət kəsb edən metodiki vəsaitlərin hazırlanması Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas vəzifələrindəndir.
Ankarada “Bir millət – iki dövlət”
Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Xarici Əlaqələr və Avropa Birliyi Koordinasiya Dairə Başqanlığının dəvəti ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi - Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev və Mərkəzin şöbə müdiri Nurəddin Babazadə Ankara şəhərində işgüzar səfərdə olublar.
"Musanın əlindən yata bilmirəm ..." - Təranə ərini biabır etdi - VİDEO
Hamı bilir ki, mən tez yuxudan dururam Bunu "Səhər-Səhər" verilişində qonaq olan Təranə Qumral efirdə yorğun görünməyinin səbəbindən danışarkən deyib. Musa Musayevlə qatıldığı proqramda xanım ifaçı həyat yoldaşını biabır edib.
“Yazırlar ki, kişiyə oxşayırsan”- Sevda Yəhyayeva - VİDEO
Bu sözləri ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı olan müğənni Sevda Yahyayeva deyib. Müğənni sosial şəbəkələrdə yayılan görüntülərdən danışıb: “Düzdü yazıb edirlər ki, kişiyə oxşayır. Amma o da mən olmuşam.
İlhamə Quliyevanın sirr saxlanılan son vəsiyyəti efirdə qəfil açıqlandı - VİDEO
"Hər şey daxil" verilişində İlhamə Quliyevanın anım günü keçirilib. Studiaya təşrif buyuranlar arasında mərhum sənətkarın bacıları İradə və Gülbahar xanım da olub. Aparıcı Tolikin İlhamə Quliyevanın son vəsiyyətini hələlik sirr olaraq saxlamaq istədiklərini desə də, verilişin qonaqları arasında yer alan əməkdar artist Firuzə İbadova bunu açıqlayıb.
Uşaqların ifasında “Xocalı” faciəsi
Fevralın 26, saat 15:00 –da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 26 fevral-Xocalı soyqırımına həsr olunmuş “Xocalı” adlı tamaşa təqdim olunacaq.
Brilliant Dadaşova aparıcıları YIXIB-SÜRÜDÜ
“Əziz dostlar, sonra deməyin ki, niyə televiziya proqramlarında tez-tez görünmürəm. Baxın görün ki, Seda Sayan verilişə gələn qonağa necə diqqət yetirir”. Bu sözləri Xalq artisti Brilliant Dadaşova instaqram hesabında yazıb. O, aparıcıların etik qaydalara riayət etməməsindən gileylənib:
İçərişəhərdə sərgi - “Avropa”
İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında rəssam Xanlar Məmmədovun əsərlərindən ibarət “Avropa” adlı rəsm sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” təşkilatının birgə təşəbbüsü ilə reallaşıb.
“Fəlakət”in toyunda NƏLƏR YAŞANDI? - VİDEO
“Bozbash Pictures”də Fəlakət obrazı ilə tanınan aktyor Elşən Orucovun dünən qız toyu baş tutub. ATV kanalında çalışan İlahə adlı xanımla ailə quran 33 yaşlı aktyorun toyu restoranların birində baş tutub. Mərasimdə şou-biznes nümayəndələri də iştirak edib.
“Hadi be oğlum” filmi Nizami Kino Mərkəzində
Nizami Kino Mərkəzi daha bir türk dramı “Hadi be oglum” filmini təqdim edəcək. Olaylar.az bildirir ki, rejissor Boran Egemenin lentə aldığı “Hadi be oglum” filmi, sezonun ən baxımlı filmi olacağı bildirilir.
Teatrda Xocalı faciəsinin 26 -cı ildönümü
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə reallaşıb. Olaylar.az bildirir ki, anım tədbiri dövlət himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra teatrın pedaqoq-təşkilatçısı, Əməkdar artist Ötkəm İsgəndərov Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışaraq Xocalı soyqırımının heç zaman unudulmayacağını vurğulayıb.
Nizami Kino Mərkəzində "İran Kinosu Günləri"
Fevralın 23- də Nizami Kino Mərkəzində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə və Nizami Kino Mərkəzinin dəstəyi ilə “Iran Kinosu Günləri”nin açılış mərasimi keçiriləcək. Olaylar.az bildirir ki, açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İran səfirliyini fövqəladə və səlahiyyətli səfiri doktor Cavad Cahangirzadə, Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin sədri doktor Abuzər İbrahimi Türkman, və İran kinematoqrafiyasının tanınmış simaları iştirak edəcək.













