Xocalı faciəsinin qurbanları anıldı

Fevralın 26 –da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edib.

Fevralın 26 -da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edib. Muzeyin şöbə müdiri Xanım Abdinova "Xocalı soyqırımı qan yaddaşımızdır", elmi işçi Əzirə Abdullayeva "Xocalı faciəsi bəstəkarların yaradıclığında" mövzusunda çıxış etmişlər. Bəstəkar Azad Zahidin "Xocalı yol gözləyir" rekviyem kompozisiyası nümayiş olunub.

Tədbirdə muzeydə istehsalat təcrübəsi keçən Qərbi Kaspi Universitetinin tələbələri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31