Mədəniyyət
Tanınmış müğənnimiz Kibariyəni Azərbaycana bu qiymətə gətirdi - VİDEO
Türkiyənin tanınmış müğənnisi Kibariyənin Azərbaycana hansı qonorar müqaibilində gəldiyi bəlli olub. Məlumata görə, “Show time” verilişinə qonaq olan müğənni Zenfira İbrahimova bildirib ki, ona türkiyəli ulduzu Bakıya gətirmək elə də ucuz başa gəlməyib: “Əslində xərcin hamısını özüm çəkdim.
Sovet senzurasının qadağan etdiyi film nümayiş olunacaq
Martın 1-də Nizami Kino Mərkəzi və “Ədibin Evi”nin birgə təşkil etdiyi “Bir Ailə” bədii filminin təqdimatı keçiriləcək. Olaylar.az bildirir ki, təqdimat Nizami Kino Mərkızində olacaq. Nizami Kino Mərkəzi və “Ədibin Evi” Mir Cəlalın 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibəti ilə Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir Ailə” bədii filminin təqdimat mərasimini keçirəcəkdir. Film 1943-cü ildə Bakı Kinostudiyasında istehsal edilmiş və II Dünya Müharibəsində qələbə naminə Azərbaycan neftinin rolu və Azərbaycan xalqının vətənpərvərliyindən bəhs edir. Filmin ssenari müəllifi Mir Cəlal, bəstəkarı Qara Qarayev, rejissorları Mikayıl Məmmədov, Rza Təhmasib və Qriqori Aleksandrovdur.
Səməd Səmədovdan keçmiş həyat yoldaşına sərt cavab
Ötən gün xalq artisti Səməd Səmədovun birinci həyat yoldaşı Zərifə xanım uzun illərdən sonra ortalığa çıxıb, dəhşətli açıqlamalar edərək müğənnini bir sıra ailə məsələlərində ittiham etdi.
Zaur efirdə qolunu Tellinin boynuna keçirib, sinəsinə sıxdı - Ağ maya ... - VİDEO
"5/5"in aparıcı Zaur Kamalın canlı yayımda növbəti hərəkəti tamaşaçıları və qonaqları təəccübləndirib. Aparıcı efirdə qonağı olan Telli Borçalının əyləşdiyi divana yaxınlaşaraq, qolunu aşıq xanımın boynuna keçirərək sinəsinə sıxıb.
"Onu qız olanlar gizlətsinlər ki, hələ ərə getməyiblər" - Nura Suri - VİDEO
ARB Ulduz-un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Nura Suri olub. İlk olaraq, yeni imici ilə müzakirə mövzusuna çevrilən müğənni hazırkı saç şəklini və rəngini daha çox bəyəndiyini etiraf edib: "Bunlar hamısı, sadəcə olaraq, məndən çoxdandır dəyişiklik gözləyənlərə bir ismarış idi. Fikirlər də müxtəlif oldu. Qara saçlarımı da bəyənənlər oldu, həmçinin qısa saçlarla da bağlı fikirlər oldu. Özümə yaraşan və bəyəndiyim isə məhz sarı saçlardır. Bu gün gördüyünüz kimi buruq formaya salmışam.
Səidə Dadaşova erotik klipindən danışdı- VİDEO
Orada soyunan mən deyiləm. ARB TV-nin "Sayqa ilə bu axşam" verilişinin qonağı olan müğənni Səidə Dadaşova maraqlı açıqlamalar verib. O, 5-6 il öncə çəkdirdiyi klip haqda yaranan qalmaqallar haqda fikir bildirib: "O klipi çəkdirəndə bu haqda heç müzakirə olmadı.
Azərbaycanlı müğənni əcnəbi iş adamının qızı ilə nişanlandı - VİDEO
Gənc müğənni Orxan Babazadə nişanlanıb. Bu barədə müğənni özü "5/5"də etiraf edib.
Sarayda caz musiqisi səslənəcək
Aprelin 21-də Heydər Əliyev Sarayında tanınmış caz ifaçılarının konsert proqramı keçiriləcək. Olaylar.az bildirir ki, “jAzzeri Bands” caz musiqisi axşamında bəstəkar, ustad caz musiqiçi, Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov, Azərbaycan tar ifaçılıq məktəbinin gənc və istedadlı nümayəndəsi, beynəlxalq festival, müsabiqələrin qalibi peşakar tarzən Şəhriyar İmanov (tar), Nərmin Kərimbəyova, Elvin Bəşirov, Leys İzzy və H3 Collective iştirak edəcəklər.
Turizm şirkətləri Musiqili Teatrda
Azərbaycan Dövlət Musiqili Teatrı turizm şirkətləri ilə əməkdaşlıq barədə ötən il start verdiyi layihəni bu il də uğurla davam etdirir. Olaylar.az bildirir ki, Teatrın rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri "dəyirmi masa" arxasında görüş keçirib.
Anar Nağılbazın başına görün nə iş gəldi
Bir müddət əvvəl keçmiş həyat yoldaşı tərəfindən təhdid olunan tanınmış reper Anar Nağılbazın səhhəti qəfildən pisləşib. Əldə etdiyimiz məlumata görə, Nağılbazı özünə gətirmək üçün təcili yardım maşını çağırılıb. Hazırda reperin ev şəraitində müalicə aldığı deyilir.
Efirdə QALMAQAL - VİDEO
Ötən gün Lider TV-də yayımlanan "Evimin qonaqları" verilişində maraqlı anlar yaşanıb. Verilişin qonağı müğənni Gülay Zeynallı olub. Aparıcı Sərxan Kərəmoğlu xanım müğənninin həyat yoldaşı, idmançı Kamil Zeynallıya efirdə zəng edib. O, idmançıdan son günlər müğənni Maral Tahirqızının videolarını paylaşmasının səbəbini öyrənmək istəyib.
Azərbaycan “Eurovision”a görə 3 mahnı alıb
Azərbaycan may ayında Lissabonda keçiriləcək "Eurovision" səhnəsində səsləndirəcək mahnısını mart ayında təqdim edəcək. 31 ölkədə yaşayın 300 nəfərin səsverməsi ilə müəyyənləşən Aysel Məmmədovanın (Aisel) ifa edəcəyi musiqi artıq seçilib. 87 faiz səslə 3 mahnıdan biri qalib elan edilib. Lakin sözügedən bəstələrdən (ana dilində yazılmış etnik çalarlı musiqi, pop və caz) hansının lider olduğu barədə məlumat verilməyib.
Soltan Soltanlının əsəri Beynəlxalq Karikatura Müsabiqəsində
Makedoniyada keçirilən 4 – cü Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi açılıb. Olaylar.az bildirir ki, müsabiqənin mövzusu “Evlilik: öncə və sonra” olub. Yarışmaya bütövlükdə 40 ölkədən 155 rəssam 430 əsərlə qatılıb. Müsabiqədə ölkəmizi tanınmış rəssam Soltan Soltanlı təmsil edib. Sərgi zamanı nümayiş olunan 100 əsər içərisində həmyerlimizin əsəri “Ən yaxşı işə görə” mükafatına layiq görülüb.
Mühacirləri tanıyan Fərqlilərdən ol !
Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhməd 4 ilə yaxındır ki, Türkiyədə bu dövrə aid fotolar, sənədlər toplayır, mühacirlərin ailə üzvləri ilə əlaqələr qurur. Müəllifin 4 il ərzində topladığı materiallar hazırda “Teas Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) adı ilə çap olunub. Olaylar.az bildirir ki, müəllifin “Fərqlilər” kitabında mühacirlərlə yanaşı Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında unikal materiallar təqdim edilib. Əsərdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir fotoları və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məhəmmədquluzadə, Məhəmməd Səid Ordubadi, Əmin Abid Gültəkin, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar verilib.

.jpg)





.jpg)






