Mədəniyyət
Aktrisa Pərvin Abıyevanın iddia tələbi dəqiqləşdirildi
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə iclası davam etdirilib. Bu gün Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrlik etdiyi prosesdə hər iki tərəfin iddia tələbi dəqiqləşdirilib. Daha sonra hər iki tərəfin nümayəndəsi vəsatət qaldırıb. Onlar linqivistiq ekspertizanın keçirilməsini tələb ediblər. Vəsatətlərə növbəti iclasda baxılacağı qərara alınıb.
Azərbaycanlı aktrisanın qaynanası öldü, ağlamadı - VİDEO
Bu gün "Hər şey daxil" verilişinin qonaqlarından biri vaxtı ilə "Yeni ulduz" müsabiqəsinin iştirakçısı olmuş, "Xəzər" telekanalında yayımlanan "Ata ocağı" serialının "Ofeliya"sı Mənsurə Əhmədova olub.
Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda “Azərbaycan Mədəniyyət günü” keçirilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda “Azərbaycan mədəniyyət günü” keçirilib və bununla əlaqədar bütöv bir gün Azərbaycan mədəniyyətinə həsr olunub.
Kamran Həsənli bu telekanalda İŞLƏYƏCƏK
Aparıcı-şoumen Kamran Həsənli yenidən "Space" telekanalında işləyəcək. Məlumata görə, o, telekanalın səhər proqramının aparıcısı olacaq. Üç saatlıq proqramda K.Həsənlidən başqa tanınmış mətbuat nümayəndələrinin də olacağı bildirilir.
Bir xalanın sirri və azərbaycanlının zənci oğlu – FOTO
Azərbaycan Xalça Muzeyi ən yaxşı təcrübəyə layiq görüldü
Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb. Azərbaycan Xalça Muzeyinin təcrübəsini Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) dünya muzeylərinə bir nümunə kimi təqdim edir.
Pornoya sənət maskası taxan dəstə var... – Müsahibə
Prodüser, rejissor Əli İsa Cabbarovla müsahibəni təqdim edirik: - Əli İsa bəy, kino bir mədəniyyət hadisəsidir, dərinə getsək, mühitin və toplumun məhsuludur. Azərbaycan kinosunun vəziyyətiylə bağlı söhbətə bu faktorlardan başlamaq istərdik...
Nadir Azərbaycan xalçaları barədə kataloq hazırlanacaq
Ölkə daxilində və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə kataloq hazırlanacaq. Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
“Azərbaycan xalçası” brendi yaradılacaq
“Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendi yaradılacaq. Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Ölkəmiz beynəlxalq kitab sərgisində
Minskdə beynəlxalq kitab sərgi-yarmarkası açılıb. Qurumun təşkilatçılığı, ölkəmizin Belarusdakı səfirliyinin və “Azərnəşr”in iştirakı ilə ölkəmiz də sərgidə təmsil olunur.
"Gəlməmişəm ki, şəxsi həyatımdan danışım" - Gülay əsəbiləşdi
Müğənni Gülay Zeynallı son vaxtlar verilişlərə getməməsinin səbəbini açıqlayıb. Məlumata görə, “Evimin qonaqları” verilişinə gələn sənətçi bildirib ki, qalmaqaldan qaçır: “Verilişlərimiz ancaq qalmaqal istəyir. Adam əziyyətlə, dişi-dırnağı ilə bu səviyyəyə gəlib çıxıb.
Rəqsanə Cini təhqir etdi
Müğənni Rəqsanə İsmayılova mahnısını oxuyan Cinə inanılmaz sözlər deyib. Məlumata görə, sənətçi verilişlərin birində bildirib ki, Cin onun “Bivəfa” bəstəsini pis günə qoyub: “Durub qırmızı-qırmızı mahnımı oxuyur, adımı çəkmir.
Şou-biznesin yalan danışan ulduzları
Şou-biznes ulduzları hər zaman açıqlamaları ilə gündəmə gəlirlər. Bəzən onların dedikləri gerçəkləşir, bəzən isə elə deyildiyi kimi sözdə də qalır. Son günlər isə bir neçə məşhur vaxtilə səs-küy yaradan açıqlamasının piar xatirinə olduğunu etiraf edib.
Musiqili Teatrının kollektivi ölkə başçısına təşəkkür etdi
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi ölkə prezidenti, cənab İlham Əliyevə təşəkkür məktubu ilə müraciət edib. Məktubda deyilir: “Möhtərəm cənab Prezident! Sizin 22 fevral 2018-ci il tarixli Fəxri adlara görə aylıq təqaüdlərin artırılması barədə Sərəncamınız, eləcə də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması barədə Fərmanınız bizə - incəsənət xadimlərinə yüksək qiymətinizin bariz nümunəsidir. Fəxri adlara layiq görülmüş sənətkarların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız bu Sərəncam qəlbimizdə fərəh hissi doğurur.


.jpg)









.jpg)
