Mədəniyyət

Zaur efirdə qolunu Tellinin boynuna keçirib, sinəsinə sıxdı - Ağ maya ... - VİDEO 

28 Fevral 2018 13:30

"5/5"in aparıcı Zaur Kamalın canlı yayımda növbəti hərəkəti tamaşaçıları və qonaqları təəccübləndirib. Aparıcı efirdə qonağı olan Telli Borçalının əyləşdiyi divana yaxınlaşaraq, qolunu aşıq xanımın boynuna keçirərək sinəsinə sıxıb.

"Onu qız olanlar gizlətsinlər ki, hələ ərə getməyiblər" - Nura Suri - VİDEO

28 Fevral 2018 13:27

ARB Ulduz-un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Nura Suri olub. İlk olaraq, yeni imici ilə müzakirə mövzusuna çevrilən müğənni hazırkı saç şəklini və rəngini daha çox bəyəndiyini etiraf edib: "Bunlar hamısı, sadəcə olaraq, məndən çoxdandır dəyişiklik gözləyənlərə bir ismarış idi. Fikirlər də müxtəlif oldu. Qara saçlarımı da bəyənənlər oldu, həmçinin qısa saçlarla da bağlı fikirlər oldu. Özümə yaraşan və bəyəndiyim isə məhz sarı saçlardır. Bu gün gördüyünüz kimi buruq formaya salmışam.

Səidə Dadaşova erotik klipindən danışdı- VİDEO 

28 Fevral 2018 13:25

Orada soyunan mən deyiləm.  ARB TV-nin "Sayqa ilə bu axşam" verilişinin qonağı olan müğənni Səidə Dadaşova maraqlı açıqlamalar verib. O, 5-6 il öncə çəkdirdiyi klip haqda yaranan qalmaqallar haqda fikir bildirib: "O klipi çəkdirəndə bu haqda heç müzakirə olmadı.

Azərbaycanlı müğənni əcnəbi iş adamının qızı ilə nişanlandı - VİDEO

28 Fevral 2018 13:10

Gənc müğənni Orxan Babazadə nişanlanıb. Bu barədə müğənni özü "5/5"də etiraf edib.

Sarayda  caz musiqisi səslənəcək

28 Fevral 2018 12:52

Aprelin 21-də Heydər Əliyev Sarayında tanınmış caz ifaçılarının konsert proqramı keçiriləcək. Olaylar.az bildirir ki, “jAzzeri Bands” caz musiqisi axşamında bəstəkar, ustad caz musiqiçi, Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov, Azərbaycan tar ifaçılıq məktəbinin gənc və istedadlı nümayəndəsi, beynəlxalq festival, müsabiqələrin qalibi peşakar tarzən Şəhriyar İmanov (tar), Nərmin Kərimbəyova, Elvin Bəşirov, Leys İzzy və H3 Collective iştirak edəcəklər.

Turizm şirkətləri Musiqili Teatrda

28 Fevral 2018 12:50

Azərbaycan Dövlət Musiqili Teatrı turizm şirkətləri ilə əməkdaşlıq barədə ötən il start verdiyi layihəni bu il də uğurla davam etdirir. Olaylar.az bildirir ki,  Teatrın rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri "dəyirmi masa" arxasında görüş keçirib.

Anar Nağılbazın başına görün nə iş gəldi

28 Fevral 2018 12:32

Bir müddət əvvəl keçmiş həyat yoldaşı tərəfindən təhdid olunan tanınmış reper Anar Nağılbazın səhhəti qəfildən pisləşib. Əldə etdiyimiz məlumata görə, Nağılbazı özünə gətirmək üçün təcili yardım maşını çağırılıb. Hazırda reperin ev şəraitində müalicə aldığı deyilir.

Efirdə QALMAQAL - VİDEO

28 Fevral 2018 12:28

Ötən gün Lider TV-də yayımlanan "Evimin qonaqları" verilişində maraqlı anlar yaşanıb. Verilişin qonağı müğənni Gülay Zeynallı olub. Aparıcı Sərxan Kərəmoğlu xanım müğənninin həyat yoldaşı, idmançı Kamil Zeynallıya efirdə zəng edib. O, idmançıdan son günlər müğənni Maral Tahirqızının videolarını paylaşmasının səbəbini öyrənmək istəyib. 

Azərbaycan “Eurovision”a görə 3 mahnı alıb

28 Fevral 2018 12:08

Azərbaycan may ayında Lissabonda keçiriləcək "Eurovision" səhnəsində səsləndirəcək mahnısını mart ayında təqdim edəcək. 31 ölkədə yaşayın 300 nəfərin səsverməsi ilə müəyyənləşən  Aysel Məmmədovanın (Aisel) ifa edəcəyi musiqi artıq  seçilib.   87 faiz səslə 3 mahnıdan biri qalib elan edilib. Lakin sözügedən bəstələrdən (ana dilində yazılmış etnik çalarlı musiqi, pop və caz) hansının lider olduğu barədə məlumat verilməyib. 

Soltan Soltanlının əsəri Beynəlxalq Karikatura Müsabiqəsində

28 Fevral 2018 12:05

Makedoniyada keçirilən 4 – cü Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi açılıb. Olaylar.az bildirir ki, müsabiqənin  mövzusu “Evlilik: öncə və sonra” olub. Yarışmaya bütövlükdə 40 ölkədən 155 rəssam 430 əsərlə qatılıb. Müsabiqədə ölkəmizi tanınmış rəssam Soltan Soltanlı təmsil edib. Sərgi zamanı nümayiş olunan 100 əsər içərisində həmyerlimizin əsəri “Ən yaxşı işə görə” mükafatına layiq görülüb.

Mühacirləri tanıyan Fərqlilərdən ol !

28 Fevral 2018 11:14

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhməd 4 ilə yaxındır ki, Türkiyədə bu dövrə aid fotolar, sənədlər toplayır, mühacirlərin ailə üzvləri ilə əlaqələr qurur. Müəllifin 4 il ərzində topladığı materiallar hazırda “Teas Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) adı ilə çap olunub. Olaylar.az bildirir ki, müəllifin “Fərqlilər” kitabında mühacirlərlə yanaşı Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında unikal materiallar təqdim edilib. Əsərdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir fotoları və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məhəmmədquluzadə, Məhəmməd Səid Ordubadi, Əmin Abid Gültəkin, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar verilib.

Umkanı Şəhanə əvəz etdi

28 Fevral 2018 10:17

Azərbaycan-İran istehsalı olan yeni film çəkilib: “Sərhəd, Arpaçay, ayrılıq mahnısı”

28 Fevral 2018 09:29

“Sərhəd, Arpaçay, ayrılıq mahnısı” adlı filmin ekranlara çıxmasına sayılı günlər qalıb. Yeni ekran əsəri İran və Azərbaycanın birgə istehsalıdır. Yeni filmin rejissoru iranlı Əli Abdalidir. Ötən ilin iyun ayından başlayaraq Azərbaycan-İran sərhədində çəkilmiş filmdə hər iki ölkənin aktyorları rol alıblar. Baş rollardan birini azərbaycanlı aktyor Əmrah Dadaşov ifa edib.

Kamil Cəlilovun 80 illiyi qeyd ediləcək

28 Fevral 2018 09:24

Martın 1-də Beynəlxalq Muğam Mərkəzində qocaman qoboy ifaçısı, Xalq Artisti, “Şərəf” və “Şöhrət” ordenli Kamil Cəlilovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Tədbirdə sənətkarın ömür yolundan, Azərbaycan milli ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətində gördüyü işlərdən danışılacaq və repertuarında olan musiqilər səsləndiriləcək.

“Çölçü”  “Ən yaxşı bədii film” mükafatına layiq görülüb

28 Fevral 2018 09:22

Rejissor Şamil Əliyevin “Çölçü” filmi 6-cı “Virgin Spring Cinefest” beynəlxalq festivalında fevral ayının “Ən yaxşı bədii film” mükafatına layiq görülüb. Ekran işi “Golden Galaxy Award” mükafatının nominantı statusunu qazanıb. Mükafatın təqdimetmə mərasimi 2018-ci ilin oktyabr ayında Hindistanın Kolkata şəhərindəki Rotary Sadan mərkəzində keçiriləcək.