Mədəniyyət
Azərbaycanın xalq artisti vəfat etdi
Tanınmış diktor, xalq artisti Qara Tağızadə vəfat edib. Bu barədə mərhumun həmkarı Əli Məhəmmədoğlu Feysbuk hesabında yazıb. Qara Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. BDU-nun Filologiya fakültəsini bitirib. 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 2002-ci ildə Prezident təqaüdçüsü olub.
Azərbaycanın builki “Eurovision” mahnısı – VİDEO
“Eurovision 2018”də Azərbaycanı təmsil edən mahnı təqdim olunub. “X my heart” adlanan mahnını klipi Yunanıstanda hazırlanıb.
“Qadınların dünyada rolu"
Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Fotoqrafları Birliyi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə Bakıda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan sərgi açılacaq. “Qadınların dünyada rolu” adlı sərgi martın 7-də Xətai Sənət Mərkəzində təşkil ediləcək. Bu barədə Olaylar.az -a Azərbaycan Fotoqrafları Birliyindən məlumat veriblər.
Məşhur modellər Azərbayacanda podiuma çıxdı
Çağla Şıkel, Özge Ulusoy, Vilma Elles, Tuba Melis Türk, Ege Begüm Yücetan, Şəbnəm Şefer, Mərvə Büyüksaraç, həmçinin Günay Musayeva dünən Bakının qonağı olub. Məşhur modellər Azərbaycana bir moda evinin dəfiləsində çıxış etmək üçün gəlib. Türkiyəli modellər podiumda dizaynerlərin 2018 yaz-yay məhsullarını nümayiş etdirib. Çağla Şikel, Vilma Elles və Özge Ulusoy mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Onlar qardaş ölkə Azərbaycanda olduqları üçün çox xoşbəxt olduqlarını deyib. İlk dəfə Bakıya gəldiyini bildirən Çağla Şikel təşkilatçılardan çox razı qaldığını deyib:
Cümhuriyyət dövrünü əks etdirən kitablar təqdim edildi
"Azərkitab - Kitab Təbliğatı Mərkəzi"ndə tədqiqatçı - publisist Dilqəm Əhmədin 4 il ərzində Türkiyədə Azərbaycan Cümhuriyyəti dövrünə aid topladığı materiallar əsasında “Teas Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) kitablarının imza günü keçirilib. "Azərkitab - Kitab Təbliğatı Mərkəzi"nin layihə rəhbəri Mirisrafil Sabir Həsənov D. Əhmədin Azərbaycan Cümhuriyyəti dövrünün tədqiqatçılarından biri olduğunu söyləyib.
Mərhum nazir Natiq Əliyevin nəvəsi müğənniliyə ilk ADDIMINI ATDI - VİDEO
Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin Sara Əliyeva ilə birinci evliliyindən olan qızı Aliyə ilk mahnısını təqdim edib. A.Əliyeva “Vorobey” adlanan mahnısını yutub kanalında yerləşdirib.
Xalça Muzeyində xanım jurnalistlər üçün mediatur
Martın 3-də Azərbaycan Xalça Muzeyində xanım jurnalistlər üçün mediatur təşkil edilib. 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan mediatur çərçivəsində jurnalistlərə muzeyin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Aybəniz Haşımova fəryad etdi: “Onu Əzrayılın əlindən ala biləydim...”
Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası Universitetdə nümayiş olundu
Martın 2-də Azərbaycan Dillər Universitetində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilən “Həyatla oyun” tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, öncə universitetin Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov bu tamaşanın nümayişinə görə Gənclər və İdman Nazirliyinə, eyni zamanda Bakı Uşaq Teatrının işçilərinə dərin minnətdarlığını bildirib. O, cəmiyyətin ən böyük problemlərindən biri olan narkomaniya və QİÇS-lə mübarizənin əhəmiyyətini vurğulayıb, bu tamaşanın tələbələri maarifləndirməkdə və onların bu bəla ilə mübarizədə daha qətiyyətli addımlar atmasında əhəmiyətli rolu olacağını diqqətə çatdırıb.
Həftəsonu Gənc Tamaşaçılar Teatrında
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı bu dəfə da maraqlı tamaşalar vəd edir. Belə ki, məktəblilər teatrın səhnəsində mart ayının ilk həftəsində ayın 3-ü saat 12:00 və 14:00-da P.Nurəliyevanın “Dəcəl keçi”, ayın 4-ü eyni saatlarda isə S.S.Axundov və A.Şaiqin “Qaraca qız” tamaşalarını izləyə biləcəklər. Axşam tamaşaları isə bu həftə klassik əsərlər vəd edir. Teatr mart ayının 3-ü saat 19:00-da C.Cabbarlının “Aydın”, martın 4-ü saat 19:00-da isə H.Cavidin “Şeyx Sənan” tamaşalarını nümayiş etdirəcək.
Ukrayna, Belerus vokal ustaları Opera Teatrında
Martın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan, Ukrayna və Belarusun vokal ustalarının birgə iştirakı ilə görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Madam Batterflyay” operasının tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, tamaşada əsas partiyanı Çio-Çio-San rolunu ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Tatyana Qavrilova dəvət olunmuşdur. T.Qavrilova Çio-Çio-San partiyasının ən yaxşı ifaçılarından biri sayılır.
“Azərbaycan klassiklərinə” yeni nəfəs verildi
TEAS Press Nəşriyyat evinin “3 alma” əmtəə nişanı ilə nəşr olunan kitablar siyahısına yeni və ən dəyərli olan “Azərbaycan klassikləri” seriyası əlavə edildi. Bu seriyaya daxil olan kitablara Azərbaycanın ən görkəmli yazar və şairlərindən olan Nizami Gəncəvi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Rəşid bəy Əfəndizadə, Abdulla Şaiq, Abbas Səhhət, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə, Xanimana Əlibəyli, Hikmət Ziya, Teymur Elçin, Tofiq Mahmud, Məmmədhüseyn Təhmasibin uşaqlar üçün yazdığı hekayələri, şeirləri, xatirələri daxildir.
Dilarə Kazımova qəza keçirdi- FOTO
Cazibədar müğənni Dilarə Kazımova avtomobil qəzası keçirib. Ötən gün axşam saatlarında sərnişin avtobusun sürücüsü sürət həddini keçərək, dairədə idarətməni itirib. Bundan sonra avtobus yolun kənarında duran Dilarə Kazımovanın “Audi” markalı avtomobilinə çırpılıb. Nəticədə müğənninin avtomobili tanınmaz hala düşüb.
“Mənə ölməyi öyrət” təqdim olunacaq
Martın 3-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Moldova ədəbiyyatı günləri” çərçivəsində yazıçı İqor Vonitskinin “Mənə ölməyi öyrət” romanının təqdimat mərasimi və müzakirəsi keçiriləcək.











.jpg)


