Mədəniyyət

Əməkdar artist işdən çıxarıldı

5 Mart 2018 15:18

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov işdən azad olunub. Buna səbəb İlham Hüseynovun iş davamiyyətini ardıcıl pozmasıdır.

Elmi konfrans keçiriləcək

5 Mart 2018 15:10

Martın 6 –da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrası  “Teatr tarixində aktyor sənətinin inkişaf tendensiyaları” mövzusunda Milli teatr gününə həsr olunmuş tələbə elmi konfransı keçirəcək. Olaylar.az bildirir ki, konfransın açılışı ADMİU-nun əsas binasında “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”nin konfrans zalında olacaq. Konfransı giriş sözü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə və Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə açacaq.

Bu da əməkdar artistin milyonluq villası

5 Mart 2018 15:03

Əməkdar artist Abbas Bağırov "Evdəkilərə salam" verilişinin çəkiliş heyətini Gəncədəki ata evində qonaq edib. Evində çəkilişləri sevməyən müğənni ilk dəfə lüks villasının qapısını çəkiliş üçün açıb

Kərim Natavanı hədələdi: "Qaynatdığı zibilləri danışaram"

5 Mart 2018 14:52

Müğənni Kərim Abbasov övladına söz atan xanım həmkarına hədə-qorxu gəlib. Məlumata görə, sənətçi ad çəkmədən müğənni Natavan Həbibiyə xəbərdarlıq edib. O, “ATV maqazin onlarla” verilişində bildirib ki, qarşı tərəf onun övladına söz atıb: “Mənim övladıma heç kim söz atmasın.

Fədayənin efirdə 20 il əvvəlki bu etirafı çox TƏƏCCÜBLƏNDİRƏCƏK - VİDEO

5 Mart 2018 13:55

Hal-hazırda həbs həyatı yaşayan Fədayə Laçının 20 il əvvəl dövlət telekanalında Ofeliya Sənaninin aparıcılığı ilə yayımlanan "Gəl səhərim" adlı proqramda ilk efirlərindən olan kadr marağımıza səbəb oldu.

Mədəniyyət və Turizm Nazirliyi Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib

5 Mart 2018 12:53

Mədəniyyət və Turizm Nazirliyibəstəkar Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib. Naziriyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, nazirlik dəfn və vida mərasimi ilə bağlı təşkilati məsələləri həyata keçirib: "Təzə Pir məscidində keçirilən vida mərasimində nazir Əbülfəs Qarayevşəxsən iştirak edib, mərhumun yaxınlarına başsağlığı verib.

“Boy çiçəyi” tamaşası yenidən səhnədə

5 Mart 2018 12:53

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Boy çiçəyi” tamaşası təqdim olunub. Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətovdur.

Səidə Sultan sevgilisindən ayrıldı: "Hər şeyimi qurban verdim" -  VİDEO

5 Mart 2018 11:48

Müğənni Səidə Sultan sevgilisindən ayrılıb. Məlumata görə, ifaçı bu barədə “Atv maqazin onlarla” verilişində deyib: “Hər şeyi qurban verdim. Heç bir qızın və oğlanın etmədiyi işi etdim. Amma nə olsun? Qardaş, sən get, yaxşı yol. Mən ərə gedəcəm, özü də elə belə yox, yaxşı oğlana ərə gedəcəm.

OSKARIN qalibləri məlum oldu - SİYAHI

5 Mart 2018 10:47

Dünən nəhayət ki, çoxdan gözlənilən 90-cı "Oskar" mükafatının təqdimat etmə mərasimi keçirilib. Los-Ancelesdə Amerika Kino Akademiyasının təsis etdiyi gecədə Hollivudun tanınmış simaları iştirak edib. “The Shape of Water” filmi “Ən yaxşı film” nominasiyasında Oskar mükafatına layiq görülüb. Qaliblərin tam siyahısını təqdim edirik:

Brilliant Dadaşova 5 ildən sonra... - Fotolar

5 Mart 2018 10:28

Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev Sarayında “Bu həyat sevgi ilə daha gözəldir” adlı solo konserti baş tutub. Müğənni 5 illik fasilədən sonra 20 nəfərlik ansamblı, yeni və repertuarındakı sevilən mahnılarıyla tamaşaçıların qarşısına çıxıb. 

“Yeddi gözəl” adlı batika sərgisi keçiriləcək

5 Mart 2018 09:17

Martın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə istedadlı rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr olunmuş batika əsərlərindən ibarət sərgisinin rəsmi açılış və sərgi kataloqunun təqdimat mərasimləri keçiriləcək.

Abşeronda maşının vurduğu piyada xəstəxanadan qaçıb

4 Mart 2018 17:47

Abşeron rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub. Hadisə Ceyranbatan bağları ərazisində baş verib. Abşeron Ceyranbatan Peşə Liseyinin yataqxanasında yaşayan 1977-ci il təvəllüdlü Əsədov Vüqar İbrahim oğlu ərazidəki marketin qarşısında yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb.

Tahir Əkbərin məzar yeri dəyişdirildi - FOTO

4 Mart 2018 17:44

Martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbər dəfn olunduqdan sonra məzar yeri yenidən dəyişdirilib. Bu barədə Əməkdar artist Aybəniz Haşımova İnstaqram hesabında məlumat verib. O bildirib ki, bu qərarı bəstəkarın həyat yoldaşı verib.