Mədəniyyət
“Qədim el sənətləri” festivalı təşkil ediləcək
Mayın 25-26-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qədim el sənətləri” adlı festival keçiriləcək. Festival Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşacaq.
Vladiqafqaz teatrının Bakı səfəri başa çatdı
May ayının 21-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı "Vova möcüzələr ölkəsində" adlı tamaşa ilə çıxış edib. Olaylar.az bildirir ki, may ayının 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olan teatr paytaxt tamaşaçılarına 4 gün ərzində Vladiqafqaz teatrının maraqlı tamaşasını izləmək şansı qazandırıb. Qeyd edək ki, "Vova möcüzələr ölkəsində" birhissəli tamaşanın quruluşçu rejissoru Diana Çerçesov, rəssamı Vera Kasayeva, musiqi redaktoru Ruslan Daurovdur.
Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert
Beynəlxalq Muğam Mərkəzində 11 N-li musiqi məktəbinin şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.Tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keşirilib. Olaylar.az bildirir ki, mərkəz istedadlı gənclərin yaradıcılığına dəstək olaraq bir çox layihələr həyata keçirir. Beynəlxalq Muğam Mərkəzində BMM-nin və ADMİU-nun “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi, daima Azərbaycan Milli Konservatoriyasının,uşaq musiqi məktəblərinin konsertləri keçirilir.
Vəfa Zeynallının qızını Monika Belluçiyə bənzətdilər - FOTO
Əməkdar artist, tanınmış aktrisa Vəfa Zeynalovanın qızını dünya ulduzuna bənzətdilər. Aktrisa İnstaqram hesbında qızı Səbinənin fotosunu paylaşıb. Sosial şəbəkə izləyiciləri onun qızına təriflər yağdıraraq, dünya ulduzu Monika Belluçiyə bənzədiyini deyiblər.
Teatrın əməkdaşları mükafatlandırıldı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin doğum günü ərəfəsində təşkil olunan ənənəvi “Kral Vindzor At Şousu”nda möhtəşəm şou proqrama verdiklərinə görə Dövlət Sərhəd Xidmtinin rəhbərliyi tərəfindən mükafatlandırılıblar. Olaylar.az bildirir ki, teatrın aktyoru Anar Seyfullayev və işıq üzrə rəssamı Vadim Kuskov fəxri fərmanla, şounun rejissoru, Əməkdar artist Nicat kazımov isə “Hərbi əməkdaşlıq sahəsində xidmətlətə görə” medalı ilə təltif olunublar.
Beynəlxalq Muğam Mərkəzində konsert
Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə Azərbaycan Televiziyası və Radiosunun Milli Kamera Ansamblının konserti keçirilib. Olaylar.az bildirir ki, konsertdə ilk olaraq ansamblın ifasında Səid Rüstəmovun “Rəqs” kompozisiyası səslənib. Konsertdə ifaçıları dirijor Arzu Səlimovanın bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Milli Kamera Ansamblı müşayiət edirdi.
Prezident İlham Əliyev Yusif Eyvazova “Xalq artisti” fəxri adını verib
Beynəlxalq Dil festivalı keçirilib
Mayın 18-dən 20-nə qədər Yunanıstanın Saloniki Şəhər Limanında 6-cı Multilinqualizm Beynəlxalq Dil festivalı keçirilib.
Tacir: "Fədayəni sevgi maraqlandırsaydı, yanımda olardı"
Cümhuriyyətin 100 illiyi – “İmza” - VİDEO
"Cümhuriyyət ili" çərçivəsində bir sıra layihələr həyata keçirilir. Olaylar. az bildirir ki, bugünlərdə istehsal prosesi tamalanan "İmza" filmi ictimaiyyətə təqdim edilib. Film, Məhəmməd Əmin Rəsulzadənin timsalında Cümhuriyyət qurucularının xatirəsinə ithaf olunub. Layihənin ideya müəllifi və rejissoru Kamal Yaşar, baş prodüseri Vüqar Sənanidir.
XII Çin Kulinariya Festivalı keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu, Azərbaycan Milli Kulinariya Mərkəzi və “Böyük Çin səddi” Çin Yeməkxana Mərkəzinin birgə təşkilatçılığı ilə 12 nömrəli Bakı Peşə Liseyində XII Çin Kulinariya Festivalı keçirilib.











.jpg)


