Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert

Beynəlxalq Muğam Mərkəzində 11 N-li musiqi məktəbinin şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.Tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keşirilib. Olaylar.az bildirir ki, mərkəz istedadlı gənclərin yaradıcılığına dəstək olaraq bir çox layihələr həyata keçirir. Beynəlxalq Muğam Mərkəzində BMM-nin və ADMİU-nun “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi, daima Azərbaycan Milli Konservatoriyasının,uşaq musiqi məktəblərinin konsertləri keçirilir.

Beynəlxalq Muğam Mərkəzində 11 N-li musiqi məktəbinin şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.Tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keşirilib.

Olaylar.az bildirir ki, mərkəz istedadlı gənclərin yaradıcılığına dəstək olaraq bir çox layihələr həyata keçirir. Beynəlxalq Muğam Mərkəzində BMM-nin və ADMİU-nun "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi, daima Azərbaycan Milli Konservatoriyasının,uşaq musiqi məktəblərinin konsertləri keçirilir.

Konsertdə F.Şopenin, S. Raxmaninovun, F.Şubertin, İ.S.Baxın, J.Oberin, Niyazinin, A.Bəbirovun, Q. Qarayevin, T.Quliyevin, H.Rzayevanın əsərləri səslənib.

Tamaşaçılar qarşısında Amira Məcidova, Rəna Mehdiyeva, Sevda Həsənli,  İbrahim Hüseynov, Rəşid Ağayev, Günel Sultanova, Vaqif Həsənov, Ləman İsmayilov, Eldar Əliyev, Jalə Quliyeva, Əminə Cəfərova, Yusif İsmayılzadə, Ayla Ədilova, Əfsanə Abdullayeva, Fariz Soltanlı fleyta, tar, qanun, kamança, piano və digər musiqi alətlərində ifa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31