Mədəniyyət

Nobel mükafatını ədəbiyyat üçün meyar saymıram - Baba Vəziroğlu

21 May 2018 13:11

“Türk ədəbiyyatı XIX əsr rus və Azərbaycan ədəbiyyatı ilə müqayisədə bəlkə də heç mininci yerdə deyil.Bu mənada türkiyə ədəbiyyat fondu çox kasıb görünür. Latın Amerikası, Fransa ədəbiyyatı ilə də müqayisə etmək olmur. Son illərdə Türkiyə ədəbiyyatının dünyada təmsilçisi Orhan Pamuk olduğu deyilir. İlk dəfə dəbə uyub onu oxumağa çalışdım. Amma məni qınasalar da, deyəcəm ki, "Mənim adım qırmızı" əsərini 10- 20 səhifədən çox oxuya bilmədim. Mən ədəbiyyatı su kimi içən adam, onu oxuya bilmədim. Dəb budursa, mən o dəbdən kənaram”.

Cümhuriyyətin 100 illiyi qədim paytaxtda - GƏNCƏDƏ

21 May 2018 11:05

Gəncədə tədqiqatçı-jurnalist Dilqəm Əhmədin qələmindən çıxan “Fərqlilər” və “Mühacirlərin dönüşü” kitabları şəhər ictimaiyyətinə, oxuculara təqdim edilib. İmza günündə, həmçinin müəllifin Azərbaycan Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı uzun illər ərzində apardığı araşdırmalar zamanı topladığı orijinal materiallar, nadir foto şəkillər və sənədlər sərgilənib. Olaylar.az bildirir ki, tədbirdə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğu, Azərbaycan Yazışılar Birliyinin Gəncə şöbəsinin, Cümhuriyyət muzeyinin əməkdaşları, şəhər ictimaiyyəti, ali məktəblərin müəllim və tələbə heyəti iştirak ediblər.

Dado Natavan Həbibini belə təbrik etdi: "Çox darıxıram sənsiz..."- VİDEO  

21 May 2018 10:27

Natavan Həbibi ilə Dadonun evliliyi kimi ayrılıqları da gündəm olmuşdu. O öz sosial şəbəkələrdəki profilindən öz video çəkərək paylaşıb. O, ” Sən mənim həyatımsan, sən mənim dünyamsan. Mənim ürəyimsən. Səninlə hər şey maraqlıdı. Hətta maraqsız sayılanlar belə maraqlı gəlir. Sən mənim yanımda olanda, hisslərim sevinc hissləri ilə dolur. Hər şeyə həvəsim olur. Sən məndən uzaq olanda sanki bütün dünya dayanır.

Maral Tahirqızı qəza törətdi - VİDEO

21 May 2018 09:52

Maral Tahirqızı qəza törədib. Hadisə Bakının Babək prospektində baş verib və təhlükəzlik kamerası tərəfindən lentə alınıb. Maral idarə etdiyi avtomobildə sayıqlığı itirib və “Hyundai”yə çırpılıb. Daha sonra isə yerində dövrə vurmağa başlayıb.

Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ifa olundu

20 May 2018 18:13

Azərbaycan Milli Konservatoriyasının “Böyük zal”ında AMK-nın tələbələrindən ibarət xorun solo konserti keçirilib. Olaylar.az bildirir ki, xorun bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyeva, konsertmeyster Samirə Əmiraslanovadır. 

Laçın muğam qrupu Litvada çıxış edəcək

20 May 2018 17:51

Mayın 21 - də Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçiriləcək. Olaylar.az bildirir ki, tədbirdə ölkəmizi Laçın muğam qrupunun üzvləri - xanənde Tuqay İsmayılov, tar ifaçısı Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov  təmsil edəcək. 

“Bakı Prosesi”nin 10-cu ildönümü münasibətilə sərgi

19 May 2018 08:14

Xətai Sənət Mərkəzində “21 may- dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü” mövzusunda elan edilən rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “Mədəniyyət” qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan müsabiqə Prezident İlham Əliyevin “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub.