Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ifa olundu

Azərbaycan Milli Konservatoriyasının “Böyük zal”ında AMK-nın tələbələrindən ibarət xorun solo konserti keçirilib. Olaylar.az bildirir ki, xorun bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyeva, konsertmeyster Samirə Əmiraslanovadır. 

Azərbaycan Milli Konservatoriyasının "Böyük zal"ında AMK-nın tələbələrindən ibarət xorun solo konserti keçirilib. Olaylar.az bildirir ki, xorun bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyeva, konsertmeyster Samirə Əmiraslanovadır. 

Konsertdə Azərbaycan bəstəkarları və xalq mahnıları, eləcə də rus və avropa bəstəkarlarının əsərləri səsləndirilib. Proqramda həmçinin Dilarə Əliyevanın yaradıcısı və rəhbəri olduğu Uşaq Xor Kapellası, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Şəms" uşaq xoru da iştirak edib.

Konsertin sonunda bəstəkar, Xalq artisti, Profssor, Milli Konservatoriyanın rekrotu Səyavuş Kərimi möhtəşəm konsertə görə Dilarə Əliyevaya və onun xoruna öz minnətdarlığını bildirdir. O, çıxışında qeyd etdi ki, Milli Konservatoriyada tələbə xorunun indiyə qədər belə konserti olmamışdır və bu gün bunu məhz Dilarə xanım sayəsində dinlədik. Çıxışının sonunda Səyavuş Kərimi tələbələri və Dilarə Əliyevanı təbrik edərək onlara bundan sonrakı işlərində uğurlar arzuları.Bununla da AMK-nın tələbələrindən ibarət xorun solo konserti başa çatdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31