“Bakı Prosesi”nin 10-cu ildönümü münasibətilə sərgi
Xətai Sənət Mərkəzində “21 may- dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü” mövzusunda elan edilən rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “Mədəniyyət” qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan müsabiqə Prezident İlham Əliyevin “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub.
19 May 2018 08:14 MədəniyyətXətai Sənət Mərkəzində "21 may- dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü" mövzusunda elan edilən rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, "Mədəniyyət" qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan müsabiqə Prezident İlham Əliyevin "Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi haqqında" Sərəncamına əsasən təşkil olunub.
Qeyd edək ki, 18-29 yaşlı rəssamların qatıldığı müsabiqə respublikada mövcud mədəni müxtəlifliyin və etnik-dini dözümlülük mühitinin təbliği, çoxmillətli və çoxkonfessiyalı ölkəni dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanıtmaq, habelə ölkəmizin mədəniyyətlər arasında dialoq və əməkdaşlığa, mədəni müxtəlifliyə dəstəyinin təşviqi, istedadlı gənclərin üzə çıxarılması məqsədi daşıyır.