Laçın muğam qrupu Litvada çıxış edəcək

Mayın 21 - də Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçiriləcək. Olaylar.az bildirir ki, tədbirdə ölkəmizi Laçın muğam qrupunun üzvləri - xanənde Tuqay İsmayılov, tar ifaçısı Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov  təmsil edəcək. 

Bundan əlavə qrup üzvləri Litva Respublikasının Vilnus şəhərində keçirilən Beynəlxalq Folklor Festivalı olan Skamba Skamba Kankliaidə də Azərbaycanı təmsil edəcəklər. Daha sonra təmsilçilərimiz Druskininkay şəhərində Litvanın Kurort bayramında iştirak edərək Azərbaycanı mədəniyyətini təbliğ edəcəklər.

Qeyd edək ki, xanəndə Tuqay İsmayılov ADMİU və AMK məzunudur və Xalq artisti Mənsum İbrahimovun tələbəsidir. Hazırda Bakı Humanitar Kollecində müəllim kimi fəaliyyət göstərir.Tar ifaçısı Ədalət Behbudov AMK-nın və ADMİU -nun magistr məzunudur, Bakı Humanitar kollecində müəllimidir. Beynelxalq Avrasiya Səsləri, Respublika və Beynəlxalq muğam müsabiqələrinin qalibidir. Əməkdar artist Elçin Həşimovun tələbəsidir. Kamança ifaçısı Pərviz Fərhadov AMK-nın məzunu və ADMİU-nun magistr məzunudur. Əməkdar artist Elnur Ehmedovun tələbəsidir.  Hazırda Milli Konservatoriyada müəllim vəzifəsində çalışır. Beynəlxalq Avrasiya Səsləri, Respublika və Beynəlxalq muğam müsabiqələri qalibidir. ARPYBF və ARPYGF- nun üzvüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31