Nobel mükafatını ədəbiyyat üçün meyar saymıram - Baba Vəziroğlu

“Türk ədəbiyyatı XIX əsr rus və Azərbaycan ədəbiyyatı ilə müqayisədə bəlkə də heç mininci yerdə deyil.Bu mənada türkiyə ədəbiyyat fondu çox kasıb görünür. Latın Amerikası, Fransa ədəbiyyatı ilə də müqayisə etmək olmur. Son illərdə Türkiyə ədəbiyyatının dünyada təmsilçisi Orhan Pamuk olduğu deyilir. İlk dəfə dəbə uyub onu oxumağa çalışdım. Amma məni qınasalar da, deyəcəm ki, "Mənim adım qırmızı" əsərini 10- 20 səhifədən çox oxuya bilmədim. Mən ədəbiyyatı su kimi içən adam, onu oxuya bilmədim. Dəb budursa, mən o dəbdən kənaram”.

"Türk ədəbiyyatı XIX əsr rus və Azərbaycan ədəbiyyatı ilə müqayisədə bəlkə də heç mininci yerdə deyil.Bu mənada türkiyə ədəbiyyat fondu çox kasıb görünür. Latın Amerikası, Fransa ədəbiyyatı ilə də müqayisə etmək olmur. Son illərdə Türkiyə ədəbiyyatının dünyada təmsilçisi Orhan Pamuk olduğu deyilir. İlk dəfə dəbə uyub onu oxumağa çalışdım. Amma məni qınasalar da, deyəcəm ki, "Mənim adım qırmızı" əsərini 10- 20 səhifədən çox oxuya bilmədim. Mən ədəbiyyatı su kimi içən adam, onu oxuya bilmədim. Dəb budursa, mən o dəbdən kənaram".

Bu sözləri Olaylar.az -a açıqlamasında Əməkdar mədəniyyət işçisi, şair Baba Vəziroğlu bildirib. O, qeyd edib ki, Pamukun bütün romanlarını Çexovun, Mirzə Cəlilin, Haqverdiyevin hekayələrinə, İsa Hüseynovun bir povestinə dəyişmərəm. "Ədəbiyyat meyarları budursa, mənim ədəbiyyat meyarlarım da budur. Çoxları deyir ki, Orhan Pamuk dünya ədəbiyyatının zirvəsidir, Nobel mükafatı alıb. Mən Nobel mükafatını ədəbiyyat üçün meyar saymıram. Kim öz ölkəsini yaxşı söysə, öz rejimini çox tənqid eləsə, öz xalqını biabır eləsə Nobel mükafatını ona verirlər. Bir halda ki, bütün ölkəni qan içində boğan Qorboçova sülh mükafatı verir, o nə mükafatdır. Ədəbi keyfiyyət, meyarlar mükafatla ölçülməz. Hüseyn Cavidin nə mükafatı var idi, Füzuli Yazıçılar Birliyinin üzvü idi? Bu absurddur. Yazıçının böyüklüyü mükafatla ölçülməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31