Beynəlxalq Muğam Mərkəzində konsert
Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə Azərbaycan Televiziyası və Radiosunun Milli Kamera Ansamblının konserti keçirilib. Olaylar.az bildirir ki, konsertdə ilk olaraq ansamblın ifasında Səid Rüstəmovun “Rəqs” kompozisiyası səslənib. Konsertdə ifaçıları dirijor Arzu Səlimovanın bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Milli Kamera Ansamblı müşayiət edirdi.
21 May 2018 19:04 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və "Mədəniyyət" kanalının birgə təşkilatçılığı ilə Azərbaycan Televiziyası və Radiosunun Milli Kamera Ansamblının konserti keçirilib. Olaylar.az bildirir ki, konsertdə ilk olaraq ansamblın ifasında Səid Rüstəmovun "Rəqs" kompozisiyası səslənib.
Konsertdə ifaçıları dirijor Arzu Səlimovanın bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Milli Kamera Ansamblı müşayiət edirdi.
Gecədə respublikamızın tanınmış ifaçıları Xalq artisti Gülyaz Məmmədova, ifaçılar Səid Rüstəmov, Nicat Cəfərzadə, Rahidə Baxış,Aqil Rzayev, Türkay Məlikova, Könül Məmmədli, Babək Şuşalı,Məmmədəli İbrahimov, Aynur İsgəndərli, Nisbət Sədrəyeva, Xəlil Xəlilov, Mehri Əsədullayeva, Taleh Yəhyayev T.Quliyevin, S. Rüstəmovun, E. İbrahimovanın, E.Sabitoğlunun, F.Əmirovun, R.Mirişlinin, C.Cahangirovun əsərlərini və xalq mahnılarını səsləndiriblər.
Tədbirin sonunda Filalogiya Elmləri doktoru, Bakı Musiqi Akademiyasının kafedra müdiri,professor Tərlan Quliyev çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirdi. Qeyd etdiki prezidentimizin musiqiyə diqqət və qayğısı nəticəsində mədəni irsimiz dünyada tanınır və təbliğ olunur.Bu qayğının nəticəsidir ki, kamança ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
Konsert musiqisevərlər tərəfində maraqla və alqşıla qarşılandı.