Teatrın əməkdaşları mükafatlandırıldı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin doğum günü ərəfəsində təşkil olunan ənənəvi “Kral Vindzor At Şousu”nda möhtəşəm şou proqrama verdiklərinə görə Dövlət Sərhəd Xidmtinin rəhbərliyi tərəfindən mükafatlandırılıblar. Olaylar.az bildirir ki, teatrın aktyoru Anar Seyfullayev və işıq üzrə rəssamı Vadim Kuskov fəxri fərmanla, şounun rejissoru, Əməkdar artist Nicat kazımov isə “Hərbi əməkdaşlıq sahəsində xidmətlətə görə” medalı ilə təltif olunublar.
21 May 2018 19:09 Teatr və kinoAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin doğum günü ərəfəsində təşkil olunan ənənəvi "Kral Vindzor At Şousu"nda möhtəşəm şou proqrama verdiklərinə görə Dövlət Sərhəd Xidmtinin rəhbərliyi tərəfindən mükafatlandırılıblar. Olaylar.az bildirir ki, teatrın aktyoru Anar Seyfullayev və işıq üzrə rəssamı Vadim Kuskov fəxri fərmanla, şounun rejissoru, Əməkdar artist Nicat kazımov isə "Hərbi əməkdaşlıq sahəsində xidmətlətə görə" medalı ilə təltif olunublar.
Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi dünyaca məşhur Qarabağ atlarının iştirakı ilə Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin doğum günü ərəfəsində təşkil olunan ənənəvi "Kral Vindzor At Şousu"nda möhtəşəm proqramla çıxış edib.
Proqram Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təqdim olunub. Şouda ölkəmizi süvarilər dəstəsi ilə yanaşı, "Sərhədçi" rəqs qrupu, "Natiq" ritm qrupu və rəssamlar təmsil ediblər. "Land of Fire - Azerbaijan" adlı xüsusi proqram 75 illik yubileyini qeyd edən "Kral Vindzor At Şousu"nun izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Qarabağ atları və azərbaycanlı süvarilərin məharəti bütün tamaşaçıları valeh edib. Qeyd edək ki, Azərbaycan bu tədbirdə ilk iştirakından diqqət mərkəzində olub. On iki dəqiqə davam edən şounun quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.