Vladiqafqaz teatrının Bakı səfəri başa çatdı

May ayının 21-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı "Vova möcüzələr ölkəsində" adlı tamaşa ilə çıxış edib. Olaylar.az bildirir ki, may ayının 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olan teatr paytaxt tamaşaçılarına 4 gün ərzində Vladiqafqaz teatrının maraqlı tamaşasını izləmək şansı qazandırıb. Qeyd edək ki, "Vova möcüzələr ölkəsində" birhissəli tamaşanın quruluşçu rejissoru Diana Çerçesov, rəssamı Vera Kasayeva, musiqi redaktoru Ruslan Daurovdur.

Qastrol səfərinin son günü tamaşanın nümayişindən sonra, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov Vladiqafqaz teatrının yaradıcı heyətini "Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində uğurlu çıxış və festivalın diplomına layiq görülmələri münasibətilə təbrik edib. Direktor kollektivi Bakı qastrolunda iştiraklarına görə mükafatlandıraraq qarşılıqlı yaradıcılıq əlaqələrindəki xidmətlərinə görə təşəkkür edib. Öz növbəsində qonaq teatrın bədii rəhbəri Vladislav Kaliyev səmimi qarşılanma və tamaşaların məktəblilər tərəfindən böyük maraqla izlənməsinə görə təşəkkürünü bildirib. İki dost respublika arasında qarşılıqlı teatr mübadiləsindən məmnunluğunu ifadə edən bədii rəhbər əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Daha sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Mübariz Həmidova xatirə hədiyyələri təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31