Cümhuriyyətin 100 illiyi – “İmza” - VİDEO

"Cümhuriyyət ili" çərçivəsində bir sıra layihələr həyata keçirilir. Olaylar. az bildirir ki, bugünlərdə istehsal prosesi tamalanan "İmza" filmi ictimaiyyətə təqdim edilib. Film, Məhəmməd Əmin Rəsulzadənin timsalında Cümhuriyyət qurucularının xatirəsinə ithaf olunub. Layihənin ideya müəllifi və rejissoru Kamal Yaşar, baş prodüseri Vüqar Sənanidir.

"Cümhuriyyət ili" çərçivəsində bir sıra layihələr həyata keçirilir.

Olaylar. az bildirir ki, bugünlərdə istehsal prosesi tamalanan "İmza" filmi ictimaiyyətə təqdim edilib. Film, Məhəmməd Əmin Rəsulzadənin timsalında Cümhuriyyət qurucularının xatirəsinə ithaf olunub. Layihənin ideya müəllifi və rejissoru Kamal Yaşar, baş prodüseri Vüqar Sənanidir.

Film haqqında Olaylar.az -a məlumat verən layihənin ideya müəllifi və rejissoru Kamal Yaşar bildirdi ki, xronometrajı üç dəqiqə olan film janr olaraq hansısa klassifikasiyaya aid deyil. " "İmza" filmi material kimi nə sənədlidir, nə bədii, nə də sənədli-bədii. Filmdə həm də bu janrların hamısından var. Filmdə Məhəmməd Əmin Rəsulzadini simvolizə edən cəmi bir aktyor var. Tamaşaçı öz qəhrəmanını üzdən yox, arxadan ümumi planda hərəkət edən formada görür.

Filmdə çəkilib, amma görünməyən 8 aktyor var. Filmdə Rəsulzadənin qəhrəmanı ümumi prosesi və vəziyyəti arası kəsilməyən bir akt ərzində simvolik olaraq həyata keçirir. İşin çətin tərəfi qrim-makiyaj işi idi həm də. Çünki bu yazılan ssenarini sırf qrafika kimi çəksək olduqca baha başa gələrdi".

Qeyd edək ki, filmdə alternativ montaj "aldatmaları"ndan istifadə edilib.  Film "İnstinct".az reklam şirkətinin dəstəyi ilə çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31