Mədəniyyət

Xatirə toy fotosunu paylaşdı

13 İyun 2018 11:09

Hacıağa Abbasovun 130 illik yubileyi

13 İyun 2018 11:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli səhnə ustası, aktyor, dramaturq, xalq artisti Hacıağa Abbasovun 130 illik yubiley tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin aparıcı məsləhətçisi Vüsal Həsənov ,Sabunçu Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Abbasov, xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, əməkdar artist Əli Nur, H.Abbasovun nəvəsi Elşanə Kərimbəyova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Teatrda yeni tamaşa

13 İyun 2018 10:45

İyunun 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşasının premyerası keçiriləcək. Olaylar.az bildirir ki, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanmış səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi İzamə Babayeva, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğludur.

Toğrul Nərimanbəyov xatırlanacaq

13 İyun 2018 10:35

İyunun 14-də Milli İncəsənət Muzeyində Xalq Rəssamı Toğrul Nərimanbəyovun xatirəsinə həsr edilən tədbir keçiriləcək. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə Toğrul Nərimanbəyovun Azərbaycan incəsənətinə töhfələrindən danışılacaq, rəssamlar və sənətşünaslar onunla bağlı xatirələrini bölüşəcəklər.

“Oyuq” un “Nəğmə çələngi”

13 İyun 2018 10:17

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyası iyunun 13-də “Nəğmə çələngi” adlı konsert proqramı təqdim edəcək.

Sarayda “Şərəf tariximiz”

13 İyun 2018 10:15

İyunun 12-də Heydər Əliyev Sarayında Milli Qurtuluş Gününə həsr edilən “Şərəf tariximiz” adlı konsert olub.

Nazilə Səfərli Xoşqədəmə OD PÜSKÜRDÜ: " Ayaq yoluna da mediya ilə getmək istəyərsən..."- VİDEO

13 İyun 2018 09:58

Nazilə Səfərli Xoşqədəm Hidayətqızına od püskürüb.  Şairənin bu addımı atmasının səbəbi 12 iyundakı “Səni axtarıram” verilişində onu etdiyi xitablar olub. Belə ki, çox əsəbləşən Səfərli : “Sən kimsən! Mənim adımı çəkirsən. Mənə nə qardaşım kimi alıb, kimi boşayıb. Mən elə bir qadın tanımıram. Mən sənin şəxsi nömrənə də zəng edə bilərdim. Amma özüm mediya vasitəsi ilə müraciyətimi edirəm ki, sən ölürsən reytinq üçün. Əlində olsa ayaq yoluna da mediya ilə gedərsən. Bilirəm ki, bu yayımıma başından sonuna qədər baxacaqsan.

Türkiyəli məşhur Qəbələdən ev almaq istəyir

12 İyun 2018 17:34

Türkiyəli məşhur Müge Boz Qəbələdən ev almaq sevdasına düşüb.

Pərvin: "Roza Zərgərli dostum deyil, hiyləgərdir"

12 İyun 2018 16:00

“Maşın” şoudan əlini götürərək çıxan Pərvin Abıyeva şouyla bağlı açıqlamalar verib.

Folklor kollektivlərinin fəaliyyətinə dair seminar

12 İyun 2018 15:41

İyunun 12- də Milli dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi məqsədilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və AMEA-nın Folklor İnstitutu ilə birgə AMEA-da “Respublikada folklor kollektivlərinin fəaliyyətinə dair seminar” keçirilib.

Cümhuriyyətə aid daha bir kitab

12 İyun 2018 15:36

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə daha bir dəyərli töhfə: filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun “Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabı “XAN” nəşriyyatı tərəfindən çap olunub.