Cümhuriyyətə aid daha bir kitab
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə daha bir dəyərli töhfə: filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun “Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabı “XAN” nəşriyyatı tərəfindən çap olunub.
12 İyun 2018 15:36 MədəniyyətAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə daha bir dəyərli töhfə: filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun "Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri" kitabı "XAN" nəşriyyatı tərəfindən çap olunub.
Olaylar.az bildirir ki, kitabda Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti və əlifba məsələləri, Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsis edilməsi haqqında Qanun və onun əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil haqqında qəbul olunmuş qərarlar və onların cəmiyyətdə əks-sədası, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin rəsmi dili və Parlamentdə işlənən digər dillər kimi maraqlı məsələlər arxiv materialları və Cümhuriyyət dövrünün stenoqrafik hesabatları əsasında geniş işıqlandırılıb.
Qeyd edək ki, "XAN" nəşriyyatında çap olunan kitabın elmi redaktoru akademik Kamal Abdullayev, rəyçiləri akademik Möhsün Nağısoylu və professor Adil Babayevdir. İyun ayının 14-də Bakıda Yunus Əmrə İnstitutunda kitabın təqdimatı olacaq.