Nazilə Səfərli Xoşqədəmə OD PÜSKÜRDÜ: " Ayaq yoluna da mediya ilə getmək istəyərsən..."- VİDEO
Nazilə Səfərli Xoşqədəm Hidayətqızına od püskürüb. Şairənin bu addımı atmasının səbəbi 12 iyundakı “Səni axtarıram” verilişində onu etdiyi xitablar olub. Belə ki, çox əsəbləşən Səfərli : “Sən kimsən! Mənim adımı çəkirsən. Mənə nə qardaşım kimi alıb, kimi boşayıb. Mən elə bir qadın tanımıram. Mən sənin şəxsi nömrənə də zəng edə bilərdim. Amma özüm mediya vasitəsi ilə müraciyətimi edirəm ki, sən ölürsən reytinq üçün. Əlində olsa ayaq yoluna da mediya ilə gedərsən. Bilirəm ki, bu yayımıma başından sonuna qədər baxacaqsan.
13 İyun 2018 09:58 MədəniyyətNazilə Səfərli Xoşqədəm Hidayətqızına od püskürüb.
Şairənin bu addımı atmasının səbəbi 12 iyundakı "Səni axtarıram" verilişində onu etdiyi xitablar olub. Belə ki, çox əsəbləşən Səfərli : "Sən kimsən! Mənim adımı çəkirsən. Mənə nə qardaşım kimi alıb, kimi boşayıb. Mən elə bir qadın tanımıram. Mən sənin şəxsi nömrənə də zəng edə bilərdim. Amma özüm mediya vasitəsi ilə müraciyətimi edirəm ki, sən ölürsən reytinq üçün. Əlində olsa ayaq yoluna da mediya ilə gedərsən. Bilirəm ki, bu yayımıma başından sonuna qədər baxacaqsan. Siz necə rəzil insanlarsınız ki, 10 min manata, 14 günə skaliyoz xəstəliyini sağaldırsınız. Məndə də oğlumda da bu xəstəlik var. 10 ildir müalicə alırıq. Siz neçə "çırkoz"sunuz ki, belə bir vaxtda müalicə edirsiniz. Nə mənə ad vermisən, nə də ki, anamsan efirdən Nazilə, nazilə deyə səslənirsən. Sən də hüquq təhsillisən, mən də. Mən hüquqlarımı bilirəm. Bir biz idik o gəlinin toruna düşdük, onun kimi paxıl bir insanı inanmıram bir də kimsə ala. 4 aydırda oturub orda etmədiyi artistlik yoxdur. NAzilə, Nazilə! deyəcəyinə ona ağıl ver ki, həftədə 5 saat uşaqları görmək üçün atasına icazə versin. Onsuz o elə paxıl bir insandır ki, inanmıram bundan sonra xoşbəxt ola" deyərək qəzəbini açıq- açıq ifadə edib.
Sizə həmin kadrları təqdim edirik:
Qeyd edək ki, nazilə Səfərlinin qardaşının keçmiş həyat yoldaşı bir neçə ay bundan əvvəl efirə çıxaraq övladlarına baxılmadığını, oğlanlarından birinin isə müalicəyə ehtiyacı olduğunu, ona xəyanət etdiyini, indi isə həmin qadınla evləndiyini iddia etmişdi. Bu məsələ hər iki tərəfin qarşılıqlı ittihamı ilə hələ də davam edir.
A24.Az