Paris Hiltonla azərbaycanlı model eyni podiumda - Foto
12 İyun 2018 18:02 MədəniyyətBu il Türkiyənin Antalya şəhərində 26-cı dəfə təşkil olunan məşhur "Dosso Dossi Fashion Show" adlı dəfilə baş tutub.
"Qafqazinfo" xəbər verir ki, gecədə amerikalı aktrisa Paris Hilton, türkiyəli modellər Çağla Şikel, Özge Ulusoy, Demet Şener, Deniz Akkaya kimi ulduzlar podium çıxıblar.
Gecədə səhnəyə çıxan 40 model arasında həmyerlimiz Məhbubə Məmmədzadə də olub.
Uşaq dəfiləsi ilə başlayan gecə Parisin qırmızı libasda yürüyüşü ilə başa çatıb.






Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31