"Kişiliyimə şübhən varsa, qəbuluma düş ..." - Efirdə GƏRGİNLİK - VİDEO
13 İyun 2018 11:13 Mədəniyyət"Biz çox şeylərdə geri qalırıq".
Milli.Az xəbər verir ki, bunu əməkdar artist Cavanşir Məmmədov "Hər şey daxil"in efirində saç əkdirən kişilərə qarşı birmənalı münasibət bəsləməyən şəxslərlə bağlı danışarkən deyib.
Əməkdar artist "kişilik" anlayışını bu cür məsələlərlə ölçənlərə qarşı sərt sözləri ilə diqqət çəkib:
"Kişiliyin teoremini yazan elə bir şəxs yoxdur ki, desin ki, kişilik belə olmalıdır. Kişiliyin ən böyük, yüksək göstəricisi şəxsiyyət olmaqdır. Əgər sənin mənim saç əkdirdiyim üçün kişiliyimə şübhən varsa, qəbuluma düş, arayış verim".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31