Folklor kollektivlərinin fəaliyyətinə dair seminar
İyunun 12- də Milli dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi məqsədilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və AMEA-nın Folklor İnstitutu ilə birgə AMEA-da “Respublikada folklor kollektivlərinin fəaliyyətinə dair seminar” keçirilib.
12 İyun 2018 15:41 Mədəniyyətİyunun 12- də Milli dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi məqsədilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və AMEA-nın Folklor İnstitutu ilə birgə AMEA-da "Respublikada folklor kollektivlərinin fəaliyyətinə dair seminar" keçirilib.
Olaylar.az bildirir ki, seminarı Giriş sözü ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Rafiq Quliyev açıb. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək Metodiki Mərkəz və Folklor İnstitutu arasındakı sıx əməkdaşlıq əlaqələrinin milli mədəniyyətimizi qorunmasında və təbliğində böyük rol oynadığını qeyd etdi və düşmən tərəfindən Azərbaycan milli-mədəniyyət nümunələrinin mənimsənilməsi siyasətinin qarşısının alınmasına xidmət etdiyini vurğuladı.
Seminarın məqsədi respublikada fəaliyyət göstərən folklor kollektivlərinin fəaliyyətini araşdırmaq və onların iş prinsipi ilə tanış olmaq, repertuarlarını nəzərdən keçirmək və bu kollektivlərin bir-birilə ünsiyyət qurmasına şərait yaratmaqdır.