Mədəniyyət
Mədəniyyət müəssisələrinin potensialı müzakirə olundu
Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri ilə regional görüş keçirilib. Olaylar.az bildirir ki, görüşdə gənc mədəniyyət işçiləri bu günlərdə Bakıda keçirilmiş “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda gənclərə ünvanlanan çağırış və mesajlar barədə fikir mübadiləsi aparılıb. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin nümayəndələri də iştirak ediblər.
“Mənim Şamaxım” adlı rəsm müsabiqəsi elan olundu
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi İli” çərçivəsində Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “Mənim Şamaxım” adlı rəsm müsabiqəsi elan olunmuşdur. Olaylar.az bildirir ki, müsabiqəyə Şamaxı rayonunun 70-ə yaxın uşaq, yeniyetmə və gənci qatılmışdır.
18 may Beynəlxalq Muzeylər Günü
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-nin dəstəyi ilə beynəlxalq muzeylər günü qeyd ediləcək. Olaylar.az bildirir ki, ölkəmizin 12 muzeyi − Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, “İçəri Şəhər” Muzey Mərkəzi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi, Azərbaycan Gömrük Tarixi Muzeyi bu deviz altında birləşərək “Muzeylər Park Bulvarın qonaqları” adlı 3 gün (17-19 may) ərzində keçiriləcək tədbirdə iştirak edərək qonaqlara müxtəlif proqramlar təqdim edəcəklər.
Əri Rəqsanəyə xəyanət edib?
Müğənni Rəqsanə İsmayılovanın sosial şəbəkədə paylaşdığı foto ağıllarda sual işarəsi yaradıb. Buna ifaçının boş yatağın qarşısında çəkdirib, paylaşdığı şəklə “Qüsursuz sevən qadınlar, vəfasız kişilər” rəyini yazması səbəb olub.
“Mükəmməl həyatım yoxdur, amma...” - Aysel Əlizadə
“Mükəmməl həyatım yoxdur, amma...” - Aysel Əlizadə
Kitabxanaçılar üçün ixtisasartırma kursları
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması və mütaliəyə marağın artırılmasının müasir yolları”, “Uşaq oxucularına kitabxana-informasiya xidməti və uşaq şöbələrində informasiya resurslarının yaradılması” və “Kreativ peşə səriştələri” mövzularında yeni tədris modulları əsasında növbəti təlimlərə start verildi.
Bakı Fotoqrafiya Evində "Adlar" isimli sərgi
Mayın 21-də Bakı Fotoqrafiya Evi sizi "Adlar" isimli yeni sərgi təqdim edəcək. Olaylar.az bildirir ki, sərgidə Azərbaycan fotoqrafiya sənətində iz qoyan 19 müəllifin əl işləri təqdim ediləcək. Onlar bizim müasirlərimiz olan şəxslərdir - peşəkarlar və həvəskarlar... Onlar fotoşəklin - zamanın və məkanın zərrəsindən yola çıxaraq öz hiss və düşüncələrini - sevinc və kədəri, məyusluq və sevgini, ətraf mühitə qarşı münasibəti fotoqrafiya vasitəsilə əks etdirirlər.
Ədəbiyyat Muzeyində “Açıq qapı” günü
18 may Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Olaylar.az bildirir ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar gün Azərbaycanda da geniş miqyasda qeyd edilir, günün mövzusu çərçivəsində ölkəmizdə silsilə tədbirlər keçirilir.
Xalq artisti Roza Cəlilovanın 90 illiyi qeyd ediləcək - Filarmoniyada
Mayın 17-də görkəmli rəqqasə, Xalq artisti, Prezident təqaüdçüsü Roza İsmayıl qızı Cəlilovanın 90 yaşı tamam olur.
“Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri məlum oldu
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2009-cu ildən etibarən (hər iki ildən bir) yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə “Qızıl Kəlmə” Ədəbi Mükafatını keçirir.
Çingiz Mustafayev yarıçılpaq FOTOSU ilə gündəm yaratdı
Çingiz Mustafayev yarıçılpaq FOTOSU ilə gündəm yaratdı














