“Mənim Şamaxım” adlı rəsm müsabiqəsi elan olundu
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi İli” çərçivəsində Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “Mənim Şamaxım” adlı rəsm müsabiqəsi elan olunmuşdur. Olaylar.az bildirir ki, müsabiqəyə Şamaxı rayonunun 70-ə yaxın uşaq, yeniyetmə və gənci qatılmışdır.
14 May 2019 10:56 MədəniyyətAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Nəsimi İli" çərçivəsində Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında "Mənim Şamaxım" adlı rəsm müsabiqəsi elan olunmuşdur. Olaylar.az bildirir ki, müsabiqəyə Şamaxı rayonunun 70-ə yaxın uşaq, yeniyetmə və gənci qatılmışdır.
Müsabiqədə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, Şamaxı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi, Şamaxı rayon Melikçobanlı kəndi tam orta məktəbi, Şamaxı Humanitar Kolleci, Samaxı rayon Mədrəsə qəsəbə tam orta məktəbi, Şamaxı rayon Qurdtəpə kəndi, Şamaxı rayon Həmyəli kənd tam orta məktəbi, Şamaxı 1 saylı orta məktəbi, Samaxı rayon Qonaqkend tam orta məktəbi, Şamaxı rayon Məlhəm kənd tam orta məktəbi, Şamaxı M.Hadi adına tam orta məktəbi, Şamaxı rayonu Avaxıl kənd məktəbi daha cox fəallıq göstərmişdilər.
İştirakçılar əsərlərində əsasən Şamaxının dahi şəxsiyyətlərini, əsasən də Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin obrazını, tarixi abidələrini, sənət nümunələrini, müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, üzümçü,sürücü və s.) obrazlarını təsvir etmişdilər.
Sərgi 14 may 2019-cu il saat 11-də Şamaxı şəhəri Heydər Əliyev parkında açılacaq. Tədbirdə həmçinin Əmkdar rəssam Natiq Səfərovun ustad dərsi, Şamaxı rayon uşaq musiqi kollektivlərinin konsert proqramı nəzərdə tutulmuşdur.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və seçilmiş 20 əsərin müəllifi "Azərbaycanım" Uşaq Rəsm Festivalı çərçivəsində keçiriləcək müsabiqəyə dəvət olunacaqdır.