Ədəbiyyat Muzeyində “Açıq qapı” günü 

18 may Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Olaylar.az bildirir ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar gün Azərbaycanda da geniş miqyasda qeyd edilir, günün mövzusu çərçivəsində ölkəmizdə silsilə tədbirlər keçirilir.

Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Açıq qapı" günü keçiriləcək. Məqsəd insanlara pulsuz olaraq muzeyin təqdim etdiyi sərgi və ekspozisiyalara tamaşa etmək imkanı yaratmaqdır.

Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini əks etdirən muzeyin tarixi barədə ətraflı məlumat veriləcək, onlar qədim və orta əsrlərə aid mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış ola biləcəklər.

Muzey saat 11:00-dan 17:00-dək fəaliyyət göstərəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31