Bakı Fotoqrafiya Evində "Adlar" isimli sərgi
Mayın 21-də Bakı Fotoqrafiya Evi sizi "Adlar" isimli yeni sərgi təqdim edəcək. Olaylar.az bildirir ki, sərgidə Azərbaycan fotoqrafiya sənətində iz qoyan 19 müəllifin əl işləri təqdim ediləcək. Onlar bizim müasirlərimiz olan şəxslərdir - peşəkarlar və həvəskarlar... Onlar fotoşəklin - zamanın və məkanın zərrəsindən yola çıxaraq öz hiss və düşüncələrini - sevinc və kədəri, məyusluq və sevgini, ətraf mühitə qarşı münasibəti fotoqrafiya vasitəsilə əks etdirirlər.
13 May 2019 16:56 MədəniyyətMayın 21-də Bakı Fotoqrafiya Evi sizi "Adlar" isimli yeni sərgi təqdim edəcək.
Olaylar.az bildirir ki, sərgidə Azərbaycan fotoqrafiya sənətində iz qoyan 19 müəllifin əl işləri təqdim ediləcək. Onlar bizim müasirlərimiz olan şəxslərdir - peşəkarlar və həvəskarlar... Onlar fotoşəklin - zamanın və məkanın zərrəsindən yola çıxaraq öz hiss və düşüncələrini - sevinc və kədəri, məyusluq və sevgini, ətraf mühitə qarşı münasibəti fotoqrafiya vasitəsilə əks etdirirlər.
Sərginin kuratoru fotoqraf Sənan Ələsgərovdur.
Ünvan: Böyük Qala küçəsi, 42