Mədəniyyət müəssisələrinin potensialı müzakirə olundu

Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri ilə regional görüş keçirilib. Olaylar.az bildirir ki, görüşdə gənc mədəniyyət işçiləri bu günlərdə Bakıda keçirilmiş “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda gənclərə ünvanlanan çağırış və mesajlar barədə fikir mübadiləsi aparılıb. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin nümayəndələri də iştirak ediblər.

Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun üzvləri ilə regional görüş keçirilib. Olaylar.az bildirir ki, görüşdə gənc mədəniyyət işçiləri bu günlərdə Bakıda keçirilmiş "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda gənclərə ünvanlanan çağırış və mesajlar barədə fikir mübadiləsi aparılıb. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin nümayəndələri də iştirak ediblər.

Tədbirin əsas məqsədi gənc mədəniyyət işçiləri arasında mədəniyyətlərarası dialoq strategiyasının yaradılması zəruriyyətinin, mövcud problemlərin və münaqişələrin hərb vasitəsi ilə yox, maliyyə, siyasi və mədəni vasitələrlə həll edilməsi barədə təsəvvürlərin formalaşdırılmasıdır.

Mərkəzin direktoru Asif Usubəliyev öz çıxışında tolerant və multikultural ölkədə yaşamanın müsbət tərəflərindən, birgəyaşayış, bir-birinə hörmətlə yanaşma, müxtəlif mədəniyyətləri və dinləri qəbul etmənin vacibliyindən danışdı. Bununla yanaşı, mədəni dəyərlərin məhv edilməsi, oğurlanması və mənimsənilməsinin qarşısının alınması məsələsinə də xüsusi önəm vermişdir.

Elmi katib Cavid Əliyev "Azərbaycanın ədəbi irsində multikulturalizm izləri" adlı məruzəsində ədəbi irs nümunələrimizdə xalqımıza aid multikultural dəyərlərin əks etdirilməsindən danışdı.

Şöbə müdiri Nurəddin Babazadə bir daha vurğuladı ki, mədəniyyətlərarası problemlərin və münaqişələrin həlli ancaq qarşılıqlı anlaşma və dialoq vasitəsi ilə həyata keçirilməlidir.

Mərkəzin əməkdaşları Aygün Balabəyova məruzəsində əsası Bakı Prosesi ilə qoyulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tarixindən, ümumi missiyasından, Ceyhun Əhmədov isə Forumda gənclərə ünvanlanan mesajlardan və mədəniyyətlərarası dialoqun əhəmiyyətindən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31